Modern.az

AŞPA-da erməni məsələsinə baxılacaq

AŞPA-da erməni məsələsinə baxılacaq

Təhsil

13 Sentyabr 2010, 11:11

Avropa Şurası  Parlament Assambleyasının  Monitorinq Komitəsi oktyabrın 5-də Ermənistandakı vəziyyətə dair məruzəni  müzakirə edəcək. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin başçısı David Arutunyan bildirib.

“Müzakirələrdə Ermənistanın bütün siyasi elitası - həm hakimiyyət, həm də müxalifət təmsil olunacaq. Bundan əlavə, müzakirələrdə Ermənistan parlamentinə daxil olmayan müxalifət nümayəndələri də iştirak edəcək.”,-deyə Arutunyan qeyd edib. 

AŞPA müzakirələrində Ermənistanın əsas müxalifət partiyası, keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Umummilli Konqresi də təmsil olunacaq. Artıq Ter-Petrosyan düşərgəsi  AŞPA toplantısına dəvət aldıqlarını təsdiqləyiblr.    

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə