Modern.az

Cəlilabad sakini ilan sancmasından ölüb

Cəlilabad sakini ilan sancmasından ölüb

Təhsil

13 Sentyabr 2010, 13:44

Sentyabrın 8-də Cəlilabad rayonunun Şorbaçı kənd sakini Ruslan Abbasovu ilan sancıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, xəstəxanaya yerləşdirilmiş R.Abbasov sentyabrın 11-də orada ölüb.

 Sentyabrın 11-də Salyan rayonunun Kürsəngi kəndi ərazisində “Salyan OİL” şirkətinə məxsus buruqda təmir işləri aparan İlqar Abıyevi elektrik cərəyanı vurub və nəticədə o, ölüb.

Sentyabrın 11-də Xəzər rayonu ərazisindəki Z.Tağıyev adına NQÇİ-də işləyən Buzovna qəsəbə sakini Məhəmməd Məmmədov elektrik dirəyindən yıxılaraq ölüb. Bunu eşidən M.Məmmədovun qardaşı Şahin həyacan keçirdiyindən infarktdan ölüb.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə