Arxiv
23 mart 2015, 19:00 | QARABAĞ
Xocalı aeroportunun “SİRRİ”: Əlif Hacıyevin ağlasığmaz cəsarəti, erməni generalın heyrəti - QANLI TARİX


Xocalının tutulmasını Laçının “qara qapı”larının açılması kimi dəyərləndirən Zori Balayan əslində nə demək istəyirdi?.. Biri bölgənin yeganə aeroportu, digəri isə Qarabağın Ermənistanla, quru yolla yeganə əlaqəsini təmin edən dəhlizdir. Xocalı aeroportu işğal ediləndən sonra erməni hərbi hava qüvvələrinin istifadəsinə keçdi və düşmən İrəvandan ora vertolyot uçuşları həyata keçirməyə başladı. Təbii ki, Balayan Xocalı ilə Laçını burada yerləşən aeroportun mövcudluğu və onun strateji əhəmiyyətini ilə müqayisə edirdi. O, yaxşı bilirdi ki, aeroportun ələ keçirilməsi Qarabağda yerləşən ən strateji 3 məntəqədən birinin tutulması deməkdir.

Xocalı aeroportu ilk dəfə (1991-ci ilə kimi Xankəndi aeroportu adlandırılıb) 1974-cü ildə istifadəyə verilib. Aeroport Xankəndi şəhərindən 10 kilometr şimal-şərqdə yerləşməklə yanaşı, Xankəndi-Xocalı-Əsgəran quru yolunun üzərində yerləşir. Bakı və İrəvandan mülki əhalinin Qarabağa hava yolu ilə uçuşlarını təmin edən aeroportun fəaliyyəti 1991-ci ildə Qarabağda müharibənin intensivləşməsi nəticəsində dayandırılıb. Bu aeroportdan həyata keçirilən uçuşlar tarixində yalnız bir təyyarə qəzası olub ki, ermənilər hələ də o hadisəni azərbaycanlıların ayağına yazırlar.

Belə ki, 1990-cı il avqustun 1-də İrəvan-Xankəndi reysi ilə uçan Yak-40 təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində 39 sərnişin və 4 ekipaj üzvü həlak olub. Təyyarənin qalıqları və cəsədlər Laçın rayonunun Fərraş kəndi yaxınlığında aşkar edilib. SSRİ-nin Dövlət Komissiyasının rəsmi versiyasına görə, pilot məhdud görünmə şəraitində təyyarəni düzgün istiqamətləndirə bilməyib. Bu da ermənilərin həmin hadisə ilə bağlı iddialarının mənasız olduğunu deməyə əsas verir.

Həmin dövrdə yalnız ermənilərin çalışdığı aeroport heyəti də paralel araşdırma apararaq, təyyarənin artıq yükgötürmə (Yak-40 təyyarələrinin sərnişin tutumu 20-25 nəfərdir) səbəbiylə qəzaya uğradığını bildirib. İstintaqın gəldiyi qənaətə görə, pilot həqiqətən də rüşvət alaraq, təyyarəyə artıq yük və sərnişin götürüb.



Ümumiyyətlə, həmin dövrdə İrəvandan Xankəndinə Yak-40 təyyarəsi ilə çoxlu uçuşlar edilirdi. Aeroportun Xocalıda yerləşməsinə baxmayaraq, orada bir nəfər də olsun azərbaycanlı xidmət etmirdi. Süpürgəçisindən tutmuş hüquq-mühafizə orqanlarına qədər bütün işçiləri ermənilərdən ibarət olan aeroportun Bakıya yalnız bir uçuş reysi vardı. Aeroportda sərnişinlərin şəxsi əşyaları və gətirdikləri yükləri SSRİ Daxili Qoşunları yoxlayırdı. Sonralar məlum olub ki, ermənilər təyyarələrin yük kabinəsində Qarabağa dəfələrlə külli miqdarda silah-sursat gətiriblər.
Məhz belə hadisələrdən sonra, 1990-cı illərin əvvəllərində aeroport Azərbaycan SSR rəhbərliyinin tələbi ilə azərbaycanlılardan ibarət milis dəstəsinin nəzarətinə keçirilib. Bu məsələ o zaman SSRİ daxili işlər naziri Vadim Bakatinlə də  razılaşdırılıb.

1990-cı ilin mayında Əsgəran rayon daxili işlər şöbəsinin tabeliyində Xocalı milis bölməsi yaradılır və Sabir Məmmədov həmin bölməyə rəis təyin edilir. Əvvəlcə cəmi bir sahə müvəkkili olan Xocalı bölməsi tez bir zamanda yerli sakinlərdən ibarət 58 nəfərlik heyət işə qəbul edir.
Yeri gəlmişkən, o zaman Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) Daxili İşlər İdarəsinin rəis müavini polkovnik Sadir Məmmədov idi. O, Xocalı milis bölməsinin rəisi Sabir Məmmədovun qardaşıydı.

Sonradan Xocalı aeroportunda xətt milis bölməsi də yaradılır. Xətt milis bölməsinə rəis mayor Nəsib Mustafayev təyin edilir. Təxminən bir ildən sonra onun yerinə Əlif Hacıyev təyin edilir. Əlif Hacıyevin gəlişindən sonra aeroport daxilində milislərin sayı artırılaraq, şəxsi heyət 21 nəfərə çatdırılır. Ardınca aeroportda pasport rejimi sərtləşdirilir. Nəticədə Ermənistandan gələn ermənilər Qarabağın dağlıq hissəsinə buraxılmadan növbəti reyslə yenidən geriyə - Ermənistana yola salınırdı. Aeroportun komendantı vəzifəsini də icra edən Əlif Hacıyevin və Xocalı şəhər milis bölməsinin müdaxilələri nəticəsində Xocalı aeroportundan Ermənistana uçan təyyarə reysləri həftədə 1-2 reysə qədər azaldılır. Bununla yanaşı, iki reysdən ibarət olan Xocalı - Bakı xətti açılır. Beləliklə də Əlif Hacıyevin fəaliyyəti nəticəsində Xocalı aeroportu təmamilə ermənilərin nəzarətindən çıxarılır.

Əlif Hacıyevin aeroporta rəis təyin olunmasından sonra hava limanının qorunmasında sona qədər mübarizə aparmış keçmiş döyüşçü Nazim Hüseynov o zaman silah çatışmazlığından əziyyət çəkdiklərini deyir.

1991-ci ilin sonunda Aqil Quliyevin başçılığı altında 21 nəfərlik dəstə də Xocalıya köməyə gələrək, Əlif Hacıyevlə birgə aeroportun qorunmasında iştirak edib.

Nazim Hüseynovun dediklərindən: “Ratsiya vasitəsilə məxfi məlumat daxil oldu ki, Ermənistandan 5-ci reyslə silah gətiriləcək. Həmin gün Xocalı şəhər milis bölməsinin rəisi Sabir Məmmədov da aeroporta gəldi. Beşinci reysdə bütün sərnişinlər yoxlanıldıqdan sonra gözlənilirdi ki, təyyarədən silah çıxarılacaq. Sonda təyyarədən axırıncı düşən isə Zori Balayan oldu. Bu şəxsin özü həmin dövr üçün çox büyük bir silah idi.
Əlif Hacıyev Balayanın saxlanılmasına göstəriş verdi. Təxmini iki-üç saata yaxın saxlanıldı. Mərkəzi Komitə və Daxili İşlər Nazirliyilə əlaqə yaradan Əlif Hacıyev Balayanın həbs edilərək, Bakıya göndərilməsini təkid edirdi. O zaman aeroportda DTK-nın digər əməkdaşları ilə yanaşı,  erməni nümayəndələri də vardı. Buna baxmayaraq Mərkəzi Komitədən ciddi şəkildə tələb edildi ki, bu şəxs növbəti reyslə Xankəndiyə buraxılmalıdır. Əlif Hacıyev bu qərara qətiyyətlə qarşı çıxdı və onun həbs edilməsinə çalışdı. Lakin bu məsələ Əlif Hacıyevin imkanları daxilindən olmadığından Balayan növbəti reyslə Xankəndinə deyil, Ermənistana qaytarıldı”

Nazim Hüseynovun dedikləri:

”1991-ci il avqustun 28-də Çaykənddən çıxarılan erməni silahlıları 28 vertolyotla Xocalı aeroportuna düşürüldü. O vaxt bizim cəmi 4 avtomatımız, 16 tabel tapançamız vardı. Həmin vaxt Xankəndinin hərbi komendantı general-mayor Safonov idi. Vertolyotlardan düşürülən ermənilər Xankəndinə getməli idilər. Aeroportda rusların 3 PDM-i, 120 nəfər də xüsusi təyinatlıları vardı. Əlif göstəriş verdi ki, o ermənilər Ermənistana qaytarılmalıdır, çünki hamısı silahlılardır, burada yenə fitnə-fəsad törədəcəklər. Həmin ermənilər Azərbaycan vətəndaşları deyildilər. Şlaqbaum qoyuldu. Safonov gəldi, Əlifə dedi ki, bu ermənilər Xankəndində yerləşdirilməlidir. Əlif mövqeyindən dönmədi. Axşam toran düşən vaxt idi. Əlif Hacıyev səsgücləndirici ilə rus əsgərlərinə müraciət etdi ki, aeroport xocalılar tərəfindən mühasirəyə alınıb, əgər hər hansı bir addım atsanız, yerinizdə məhv ediləcəksiniz, bu ermənilər Xankəndinə yox, Ermənistana getməlidirlər. Halbuki, əlimizdə cəmi 4 avtomat, 16 tapança vardı. Safonov gəldi, dedi ki, “sizinkilər bu ermənilərin Xankəndinə getməsinə icazə veriblər”. Əlif Hacıyev dedi ki, “sözlə yox, Azərbaycan dövlətinin qanuni razılığını bildirən sənəd ver”. Safonovla Əlif 2 saat mübahisə etdilər. Axırda Safonov ratsiya ilə əlaqəyə çıxdı, gəldi ki, Nazirlər Kabinetinin sədri Həsən Həsənov icazə verib. Əlif pis oldu, bizə geri çəkilmək əmri verdi. Safonov Əliflə birlikdə aeroportda uçuş meydanında idi. Safonov baxdı ki, 4 avtomatla gəlirik, qayıtdı ki, sizin xocalılar budur?! Əlif də dedi ki, başqa kimlər ola bilər?! Safonovun üzündə qəribə ifadə yarandı. Yerində fırlandı, çönüb Əlifə, bizə baxdı. Dedi ki, “buna bax, 8 saatdır ki, sən məni burada 4 avtomatla saxlayıb, əziyyət verirsən!”. Sonra qayıdıb Əlifə dedi ki, “Azərbaycan sənin kimi oğlu olduğuna görə fəxr etməlidir, mən general-mayoram, sən kapitan, mənim anamı ağlatdın, 8 saatdır ki, sənə yalvarıram”. Oradakı 3 PDM işə düşsəydi, bizi məhv edərdilər, çünki zirehli texnikanı vurmaq üçün heç bir silahımız yox idi”.

Xocalı aeroportunu müdafiə etməklə yanaşı, komandirlər mümkün qədər ətraf kəndlərin də müdafiəsini təşkil etməyə çalışırdılar. Bununla belə, aeroportun tutulmasına kimi Malıbəyli, Quşçular və Qaradağlı kimi önəmli starteji ərazilər işğal edildi. Həmin hadisələr zamanı əhalinin kəndlərdən çıxarılmasına kömək məqsədilə Aqil Quliyevin başçılığı altında Həsənabad istiqamətində əməliyyat həyata keçirilib. Bu əməliyyat nəticəsində erməni qüvvələri daxilində çaşqınlıq yaranıb və ən əsası isə əhalinin kəndlərdən çıxarılması üçün vaxt qazanılıb.

Nazim Hüseynovun dediklərindən: “Razılaşdırıldı ki, Aqil Quliyevin başçılığı ilə 11-12 nəfərlik dəstə Həsənabad istiqamətində hücum etsin. Əsas məqsəd ermənilərin başını qatmaq və Malıbəyli camaatının çıxarılmasına yardım etmək idi. Əməliyyat zamanı bir nəfər şəhid oldu, 3 nəfər yaralandı. Aqil Quliyev də həmin döyüşdə yaralandı. Azay Kərimovun etdiyi manevr məxfi saxlanıldı, bunu heç biz də bilmədik. Sona qədər gözlədik ki, bəs niyə gəlmədilər?.. Onlar bizim gözlədiyimiz istiqamətə deyil Abdal Gülablıya doğru hərəkət etdilər. Məhz bu manevr sayəsində sağ qalmağı bacardılar”.

O ərəfədə Xocalı aeroportunu Əlif Hacıyevin  26 nəfərdən ibarət milis bölməsi, Aqil Quliyevin 21 nəfərlik könüllülər dəstəsi, 9 nəfər xüsusi təyinatlı milis növbətçisi və Xocalı şəhər milis bölməsinin əməkdaşları müdafiə edirdi. Xankəndindən Xocalıya doğru istiqamətlənən və aeroportun yaxınlığından keçən dəmiryolu hissəsini isə Xocalı özünümüdafiə batalyonunun döyüşçüləri qoruyurdu.

Ermənilər Xocalı şəhərinin işğalını nə qədər əhəmiyyətli hesab edirdilərsə, aeroportun tutulmasını da bir o qədər mühüm sayırdılar. Ermənilərin aeroporta doğru əməliyyat keçirmələri üçün o qədər də əlverişli şəraitləri yox idi. Aeroport düzəngahda yerləşdiyindən ermənilərin irəliləməsi olduqca çətin idi. Düşmən komandirlərin özləri də Xocalıya hücum zamanı aeroportun mühasirəsi zamanı çətinlik çəkdiklərini etiraf ediblər.

Terrorçu “Milli legion” dəstəsinin komandiri Smbat Hakopyan daşnak Vardan Stepanyanla birgə Xocalı aeroportu istiqamətində keçirilən əməliyyat haqqında danışarkən bu işğalı təsvir edib.
S.Hakopyan öz məlumatlarında Xocalıdakı atəş nöqtələrinin, düzülüşlərin hansı mövqelərdə olduğunu bilmədiklərini bildirir. Onun sözlərinə görə, işğaldan öncə ərazidə kəşfiyyat xarakterli əməliyyatlar aparılıb:

“Tapşırıq verildi ki, ərazidə ilkin kəşfiyyat fəaliyyəti icra edilsin və ərazinin fotoları çəkilsin. Fotoqraf Karen Gevorqyan Xocalı bazalarının görüntülərini çəkdi. Video, kontr və faktlar üzərində planlı əməliyyat hazırlandı.
Hakopyan aeroportun müdafiəsinin olduqca yaxşı təşkil edildiyini etiraf edib.

Keçmiş döyüşçü Nazim Hüseynov ermənilərin aeroport istiqamətindəki kəşfiyyat xarakterli əməliyyatı haqda danışır:

“Təxminən 10 nəfərlik erməni kəfiyyat qrupu aeroport ərazisinə daxil olsa da, bu hücumu dəf edə bildik. Onlar xüsusi hazırlanmış kəşfiyyatçılar idi”.

Ermənilər o zaman etiraf edirdilər ki, həmin dövrdə Xocalıda aeroport yeganə yer idi ki, oranın kəşfiyyatını apara bilmirdilər. Onlar düşünürmüşlər ki, Xocalı aeroportunda böyük silah anbarı yerləşir. Aeroporta girməyin mümkünsüzlüyünü, orada çoxlu silah və texnikanın olduğunu zənn edirmişlər.

Keçmiş döyüşçü Nazim Hüseynov deyir ki, bunu ona Xocalı soyqırımında öldürülmüş sakinlərin cəsədlərini Qaraqaya adlanan yerdən götürən zaman erməni komandirlər də söyləyiblər.

Düşmən Xocalı aeroportuna böyük hücuma hazırlaşırdı. Bunun üçün Əsgəran tərəfdə Qoqonun başçılıq etdiyi “Masis” dəstəsi, sol tərəfdə Manvel Yeğiazaryanın “Arabo” dəstəsi, sağ tərəfdə Qarabağ ermənilərinin dəstəsi yerləşdirilmişdi. Eyni zamanda Sovet Ordusunun 366-sı motoatıcı alayının da aeroporta hücumda iştirak etməsi çirkin planın tərkib hissəsiydi.

Həmin vaxtlar Xocalı şəhər milis bölməsi başsız qalmışdı. Rəis Sabir Məmmədov və Xocalı rayon prokroru Bakıda idi. Pərakəndə vəziyyət idi və vahid komandanlıq demək olar ki yox idi. Yalnız işğala bir gün qalmış, 25 fevralda milis şöbəsi Əlif Hacıyevə tabe edildi. Ermənilər tərəfdən isə işğal əməliyyatına birbaşa general Gurgen Dalibaltayan başçılıq edirdi. Erməni general əməliyyatdan öncə dəstə başçıları Vartan Stepanyan və Smbat Hakopyanla əməliyyatın hansı vəziyyətdə keçirilməsi ilə bağlı müzakirələr aparıb.



Smbat Hakopyan: “Əməliyyat gecə saat 00:15 radələrinə planlaşdırılmışdı. Hamıya məlum idi ki, azərbaycanlıların müdafiəsi güclüdür. Onların diqqətini yayındırmaq üçün hiyləgər bir addım atıldı. Sepanakertdən (Xankəndi-red.) Xocalıya qədər dəmir yolu uzanırdı. Sepanakertdən qatarı itələmək və hərəkətə gətirmək lazım idi. Vaqonlardan birində böyük miqdarda partlayıcı maddə vardı. Onu düşmən mövqelərinə yaxın partlatmalı və düşmənin gücü zəiflədikdən sonra hücum başlanmalı idi”.
Amma ermənilərin bu planı baş tutmur. Belə ki, hərəkətə gətirilən qatar Xocalı yaxınlığına çatanda partlayış baş vermir. Partalayışın baş tutmadığını görən erməni qərərgahı 20 dəqiqədən sonra əməliyyata başlamaq haqqında əmr verir.

Keçmiş döyüşçü Nazim Hüseynov hücum zamanı “BMP-2”dən və digər ağır silahlardan istifadə edildiyini bildirir: Onun sözlərinə görə, Xocalı aeroportuna hücumda 366-cı alay da iştirak edirdi.
Aeroportun müdafiəsinə başçılıq edən Əlif Hacıyev könüllü qüvvələrimizlə strateji obyektin düşmənin əlinə keçməməsi son patronlarına qədər vuruşub. Qanlı döyüş zamanı canlı qüvvə sarıdan ciddi itkilər olduğunu görən Əlif Hacıyev aeroportun əsas qurğularının məhv edilməyini əmr edib.
Qeyd etmək lazımdır ki, ermənilər Əlif Hacıyevin başına 1 milyon dollar, hər bir Xocalı milis işçisinin başına isə 30-50 min dollar dəyərində pul qoymuşdular.

Nazim Hüseynovun dediklərindən:

“Xocalı aeroportu daxilində ermənilərə ciddi müqavimət göstərildi. Əlif Hacıyevin oturduğu kabinetdə sənədələr vardı. Sənədləri yandırmaq üçün Asif Usubova göstəriş verildi. Orada elə səndələr var idi ki, onlar ermənilərin əlinə keçməməli idi. Biz onda Aqil Quliyevin dəstəsi istiqamətində idik. Bizim sağ qalmağımıza səbəb ordakı səngərlər idi. “BMP” ilə bizi elə bir atəşə tutdular ki, başımızı qaldıra bilmirdik... Aeroport daxilində partladıcı maddələr və dinamitlər olmadığıdan avadanlıqların üzərinə benzin tökərək yandırdıq. Daha sonra Əlif Hacıyevin göstərişlərinə əsasən ailələri Xocalı şəhərində mühasirəyə düşən hərbçilər şəhərə doğru getdilər. Vəziyyət çox ağır idi. Əlif Hacıyevlə birgə 8-9 nəfərlə aeroportdan çıxdıq...”.

Xocalı aeroportunun işğal əməliyyatı bir saat yarımdan sonra başa çatıb. Xocalıda döyüşlər gedən zaman artıq ermənilər aeroporta daxil olmağı bacarmışdılar.

İşğaldan sonra Smbat Hakopyan radio rabitə ilə general Dalibaltayan və polkovnik Qukasyanla əlaqə saxlayıb.

- Cənab general hesabat verək ki, bizim qrup artıq hava limanındadır, tapşırıq yerinə yetirilib.
Erməni general əvvəlcə aeroportun işğal edilməsinə inanmayıb...

- O zaman iki yüngül raket buraxın, - Dalibaltayan arxayın olmaq üçün bildirib.
Generalın istəyindən sonra ermənilər Xocalı aeroportundan havaya iki raket buraxırlar.

Xocalının bütün istiqamətlərdən ələ keçirilməsinə baxmayaraq, bir qrup azərbaycanlı döyüşçü şəhər ərazidə qalaraq mübarizəni davam etdirməyə çalışıb.

Smbat Hakopyan:
 “Artıq səhər 09:30 yaxın zənn edirdik ki, əməliyyat tam başa çatıb. Xəbər gəldi ki, bizim oğlanlar birinci dzodun (möhkəmlənmiş uzunmüddətli atəş nöqtəsi ) yaxınlığında atəş altına düşüblər, 3 döyüşçümüz öldürülüb. Onları yanız 19:00 radələrində zərərsizləşdirə bildik”.

Aeroportun tutulmasından sonra ermənilərə qarşı aparılan döyüşdə 12 nəfər azərbaycanlı iştirak edib. Ermənilər bildirir ki, bu döyüş ərzində itkilər veriblər. Döyüşçülərimizin əsas məqsədi ermənilərin başını qatıb, qadın və uşaqların ərazidən çıxarılmasına nail olmaq imiş. Hətta bu döyüş zamanı Aşot adlı erməni ilə döyüşçülərimiz arasında əsir və girovların mübadiləsinə dair danışıqlar da aparılıb. Ermənilərin məlumatına görə, 12 nəfərlik qrup xüsusi təlim görmüş azərbaycanlılar imiş.

Smbat Hakopyanın verdiyi məlumata görə, həmin döyüş azərbaycanlılardan 6 nəfərin öldürülməsi, 6 nəfərin isə əsir götürülməsilə başa çatıb.
 
Təslim olmaq Xocalı cəngavəri Əlif Hacıyevin xarakterinə görə deyildi. Son gülləsinə qədər döyüşən Əlif Hacıyev doğulub boya-başa çatdığı Xocalı torpağında qəhrəmancasına həlak oldu.

Xocalının işğalı işğslı isə yeni-yeni fəlakətlərə yol açdı...

Şahin Qocayev

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xəzərin dibi ilə Qazaxıstandan Azərbaycana kabel xətti çəkilir 20 Noyabr 2019, 15:38 Türkiyəli həkimlər Oqtay Gülalıyevi ƏMƏLİYYAT ETDİLƏR 20 Noyabr 2019, 15:32 Media qarşıdurması: Azərbaycan, yoxsa Ermənistan - ermənilər köhnə yazıların tarixini dəyişdirir 20 Noyabr 2019, 15:26 Nazir müavini Goranboyda məktəbin vəziyyəti ilə tanış olub 20 Noyabr 2019, 15:20 Azərbaycandakı rəsmi işsizlərin SAYI - açılan və bağlanan iş yerləri... 20 Noyabr 2019, 15:12 Baş Prokurorluqdan vəzifəli şəxslərlə bağlı xəbərə REAKSİYA 20 Noyabr 2019, 15:05 Mehriban Əliyeva Dmitri Medvedevlə görüşəcək 20 Noyabr 2019, 15:04 İlham Əliyevin reytinqi artıb - Mərkəz rəyini açıqladı 20 Noyabr 2019, 14:59 Pərviz Şahbazov ABŞ-a gedib 20 Noyabr 2019, 14:54 Ölkədə muzdla işləyənlərin orta aylıq maaşında artım var 20 Noyabr 2019, 14:43 Azərbaycanda benzin istehsalı artıb - RƏSMİ   20 Noyabr 2019, 14:37 Əhalinin banklardakı əmanətlərinin MƏBLƏĞİ 20 Noyabr 2019, 14:30 Azərbaycan əhalisinin sayı AÇIQLANDI 20 Noyabr 2019, 14:23 İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin nəticəsini necə tapıb Bakıya GƏTİRDİ... 20 Noyabr 2019, 14:16 Azərbaycanda bahalaşma - RƏQƏMLƏR 20 Noyabr 2019, 14:10 Prezident Beynəlxalq Türk Akademiyasının işinə qiymət verdi 20 Noyabr 2019, 14:04 Prezident iki icra başçısının yerini dəyişdi - SƏRƏNCAM  20 Noyabr 2019, 13:46 Hitlerin doğulduğu ev polis məntəqəsi olacaq 20 Noyabr 2019, 13:45 Bələdiyyə üzvlüyünə namizədlər RƏQƏMDƏ 20 Noyabr 2019, 13:43 AÇ-2020-yə vəsiqə qazanan 20 komanda - SİYAHI 20 Noyabr 2019, 13:38 Musa Quliyev “Şərəf” medalı ilə təltif olundu - FOTO 20 Noyabr 2019, 13:31 İvanişvili 140 milyon dollar İTİRDİ: “Heç vəhşi Rusiyada belə şey olmurdu” 20 Noyabr 2019, 13:25 Qərbi Kaspi Universiteti Prezidentə müraciət edən qadının nəvəsini tanımadı 20 Noyabr 2019, 13:20 Sabahın hava PROQNOZU - Bakıya yağış, rayonlara sulu qar 20 Noyabr 2019, 13:12 Balakəndə narkobaron saxlanıldı - FOTO 20 Noyabr 2019, 13:11 Əfqanıstanda 13 hərbçi güllələndi 20 Noyabr 2019, 13:06 Xaçmaz və Şəkidə 5000 ton toxum emal olunub 20 Noyabr 2019, 12:58 Bələdiyyə seçkilərini müşahidə edəcək beynəlxalq qurumların sayı AÇIQLANDI 20 Noyabr 2019, 12:51 Bakıda qadına əvvəlcə kömək etdi, sonra da pulunu oğurladı - FOTO 20 Noyabr 2019, 12:49 Morlaes yenidən Boliviya prezidenti olmaq istəyir 20 Noyabr 2019, 12:42 Bakıda avtomobillərin parklanması PULSUZDUR - BNA-dan AÇIQLAMA 20 Noyabr 2019, 12:35 8-ci km bazarında əhaliyə iyrənc ət satılırmış - Agentlik reyd keçirib - FOTOLAR 20 Noyabr 2019, 12:29 “Elə bir molladır...” – Xalq artisti gənclərin saqqalından GİLEYLƏNDİ 20 Noyabr 2019, 12:24 DİN əməliyyat keçirib - Külli miqdarda narkotik götürülüb 20 Noyabr 2019, 12:19 BMU-da “Qızıl Payız” tətil proqramı təşkil olunub - FOTO 20 Noyabr 2019, 12:13