Modern.az

Spiker BMT-nin Qarabağ üzrə xüsusi nümayəndəsinin təyin edilməsini dəstəkələyib

Spiker BMT-nin Qarabağ üzrə xüsusi nümayəndəsinin təyin edilməsini dəstəkələyib

Təhsil

14 Sentyabr 2010, 18:26

Milli Məclisin sədri Oqtay Əsədov sentyabrın 14-də ölkəmizdə səfərdə olan Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqanı qəbul edib.

Modern.az Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, spiker qonağı Azərbaycanda görməkdən məmnun olduğunu bildirərək ölkəmizlə Latviya arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Qeyd edildi ki, münasibətlərimizin yüksək səviyyəyə çatmasında dövlət başçılarının xüsusi rolu var. Qarşılıqlı səfərlər zamanı imzalanmış çoxsaylı sənədlər əlaqələrimizin hərtərəfli inkişafı üçün hüquqi baza yaradıb.

Spiker xanım Vayra Vike-Freyberqanın Latviya Prezidenti kimi ölkəmizdə səfərindən sonra görülmüş işlərdən danışıb. Bildirilib ki, ölkələrimiz arasında ikitərəfli münasibətlərin genişlənməsində və möhkəmlənməsində onun da xidmətləri olub.

Söhbətdə Milli Məclisin Sədri qeyd edib ki, avratlantik məkana inteqrasiya Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdəndir. Rəsmi Bakı BMT və Avropa İttifaqı ilə əməkdaşlığa xüsusi önəm verir. “Biz BMT-nin YUNİSEF, YUNESKO, Qaçqınlar üzrə Ali Komissarlığı və digər struktur təşkilatları ilə sıx əməkdaşlıq edirik, birgə layihələri həyata keçiririk. BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr bizim üçün çox önəmlidir. Lakin hesab edirik ki, dünyada sülhün, təhlükəsizliyin qarantı olan bu nüfuzlu beynəlxalq təşkilatda da bəzi islahatlar aparılmalıdır. Çünki işğalçı Ermənistanın BMT-nin qərar və qətnamələrinə məhəl qoymamasına göz yummaq olmaz”-deyə spiker deyib.  
O. Əsədov xanım Vayra Vike-Freyberqanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin xüsusi nümayəndəsinin təyin edilməsi barədə təklifini də yüksək dəyərləndirib.

Parlamentlərarası əlaqələrdən danışan Oqtay Əsədov bildirib ki, hər iki ölkənin parlamentində dostluq qrupları vardır. Deputatlarımız beynəlxalq təşkilatlarda qarşılıqlı maraq kəsb edən məsələlərdə eyni mövqedən çıxış edirlər.   
Səmimi qəbula və xoş sözlərə görə minnətdarlığını bildirən Vayra Vike- Freyberqa ölkəmizə səfərindən ötən beş il ərzində Bakıda çox böyük işlərin görüldüyünü, paytaxtın gözəl və müasir bir şəhərə çevrildiyini xüsusi qeyd etdi. O, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının daha da genişlənməsi işinə həmişə dəstək verəcəyini vurğulayıb.

  Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə