Modern.az

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin yeni görüşü olacaq

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin yeni görüşü olacaq

Təhsil

15 Sentyabr 2010, 11:48

Hər iki ölkənin xarici işlər nazirləri ABŞ-da görüşəcəklər. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bradtke BBC-yə bildirib ki, həmsədrlər məsləhətləşmələr üçün Vaşinqtona gələcək. Məsləhətləşmələr ABŞ-ın vəzifəli rəsmiləri ilə aparılacaq. Sonra isə həmsədrlər tərəflərlə görüşmək üçün Nyu-Yorka gedəcəklər. 

Robert Bradtkenin sözlərinə görə, ötən həftə bunlarla Bakı və İrəvan da tanış olub. 
Həmsədrlər  növbəti dəfə sentyabrın sonu, oktyabrın əvvəllərində regiona baş çəkəcəklər. Bradtke həmçinin ATƏT-in Minsk qrupu kimi Azərbaycanın qətnamə layihəsini BMT Baş Assambleyasından geri götürməsini alqışladığını da bildirib. Onun sözlərinə görə, həmsədrlər bu qətnamənin sülh prosesinə töhfə verəcəyinə inanmır. 
“Çünki, bu, diqqəti bütün tərəflərlə birbaşa danışıqlar prosesindən yayındıra bilərdi. BMT nə qədər də nüfuzlu bir təşkilat olsa da, bu qətnamə Azərbaycanın işğal olunmuş ərazilərini qaytarmayacaq. Münaqişənin həllinin ən sürətli yolu tərəflər arasında Minsk qrupunun çərçivəsində birbaşa danışıqlar olaraq qalır”. 
Xatırladaq ki, BMT-nin 64-cü sessiyası plenar iclasının gündəliyinə salınan “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair” qətnamə layihəsinin müzakirəsi təxirə salınıb. Bununla bağlı rəsmi Bakının qərarını BMT-nin tribunasından Azərbaycan Respublikasının BMT-də daimi nümayəndəsi Aqşin Mehdiyev səsləndirib. O, buna səbəb kimi ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycanın işğal edilmiş ərazilərində humanitar vəziyyətin öyrənilməsinə dair beynəlxalq missiyanının göndərilməsi barəsində razılığın əldə olunmasını göstərib.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə