Tuva Respublikasının Qızıl şəhərinin Kaa-Hem qəsəbəsində faciə baş verib. Yüksək sürətlə hərəkət edən avtomobil 2 nömrəli məktəbdə işləyən 4 müəlliməni vurub. Modern.az RİA-ya istinadən bildirir ki, hadisə məktəbdən qayıdan müəllimlər yolu keçərkən baş verib. Sürətlə hərəkət edən avtomobil faciənin baiskarına çevrilib. Müəllimlər yerindəcə ölüblər. Sürücü həbs edilib.
Bəlli olub ki, qəzanı avtomobilin 26 yaşlı sürücüsü Vitali Fefelov törədib. Yerli milis bildirib ki, Fefelov yüksək sütrətlə sürdüyü maşında sükanı idarə edə bilməyib.
Tuvanın rəhbərliyi hadisənin araşdırılmasını nəzarətə götürüb. Hökümətin ehtiyat fondundan həlak olanların ailəsinə 50 min rubl kompensasiya veriləcək. Tuvada 15 sentyabr matəm günü elan edilib. Matəmlə bağlı dövlət bayraqları endirilib