Qeyri-Qanuni Miqrasiyaya Qarşı Hərəkat Azərbaycanla sərhəddə viza rejiminin tətbiqini tələb edir
Şovinist mövqeyi ilə tanınan Qeyri-Qanuni Miqrasiyaya Qarşı Hərəkat oktyabrın 2-də Rusiyanın bir sıra şəhərlərində “etnik cinayətkarların qurbanlarının xatirə günü” adlı aksiya keçirməyi planlaşdırır. Modern.az Hərəkatın rəsmi saytına istinadən bildirir ki, bu barədə qurum bəyanatla çıxış edib. Hərəkatın yaydığı rəsmi bəyanatda deyilir ki, aksiyanın əsas hədəfi MDB ölkələridir. Onlar rəsmi Moskvadan Cənubi Qafqaz respublikaları ilə viza rejiminin tətbiqini tələb edirlər. Planlaşdırılan aksiyalar, mitinq, piket şəklində keçiriləcək.
Ultra-radikal Hərəkat rəhbərləri Moskvada guya “tarazlığın pozulduğunu” iddia edir, “gəlmələrin Rusiyada at oynatdığını”bildirir. Onların bəyanatında deyilir ki, nəzarət edilməyən immiqrasiyanın artmasının səbəbi Cənubi Qafqaz və Orta Asiya ölkələri ilə sərhəddə viza rejiminin olmamasıdır.
“Biz tələb edirik ki, immiqarasiya qaydaları sərtləşdirilsin. Rusiaya gələn miqrantların sayı azaldılsın. Bizim əsas tələbimiz Cənubi Qafqaz ölkələri ilə viza sisteminin tətbiqidir”-deyə Hərəkatın yaydığı açıqlamada deyilir.
Hərəkat oktyabrda keçirəcəlkəri mitinqə digər təşkilatları da qoşulmağa çağırıb.
Bu radikal, ultramillətçi təşkilat xüsuslə Cənubi Qafqaz respublikalarından Rusiyaya işləməyə gəlmiş miqrantlara qarşı aqressivliyi ilə fərqlənir. Təşkilatın fəalları dəfələrə Moskvada azərbaycanlıları döyüb, müxtəlif xəsarətlər yetiriblər.
Qeyd edək ki, ultra-millətçilər hər il Moskvada “rus marşı” adlı aksiyalar təşkil edirlər. Onların sonuncu aksiyalarına Rusiyanın tanınmış şəxsləri də dəstək verib. Azərbaycan diasporunun rəhbərləri isə soydaşlarımızın ehtiaytlı olmağa çağırıblar.
Modern.az