Modern.az

Azərbaycanda 21 milyon manata su elektrik stansiyası özəlləşdirilib

Azərbaycanda 21 milyon manata su elektrik stansiyası özəlləşdirilib

Təhsil

15 Sentyabr 2010, 18:53

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Zeyxur” Kiçik Su Elektrik Stansiyasının özəlləçdirilməsi ilə bağlı investisiya müsabiqəsinə yekun vurub. Komitədən verilən məlumata görə, müsabiqəyə bir neçə investor tərəfindən təkliflər paketi daxil olub.
Sərəncamın icrasını təmin etmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Zeyxur” Kiçik Su Elektrik Stansiyasının özəlləşdirilməsi ilə bağlı investisiya müsabiqəsində ən səmərəli investisiya layihəsinə üstünlük verilib. Müsabiqə Komissiyası tərəfindən təqdim edilən investisiya layihələri qiymətləndirildikdən sonra «İnter Enerji» MMC-nin təqdim etdiyi İnvestisiya Proqramı qəbul edilib və şirkət müsabiqənin qalibi elan edilib.

Belə ki, «İnter Enerji» MMC-nin təqdim etdiyi İnvestisiya Proqramına görə, şirkət 18 ay ərzində “Zeyxur” Kiçik Su Elektrik Stansiyasnın fəaliyyətinin bərpası və yenidən qurulmasına 21 004 900 manat investisiya qoyulmasını öhdəsinə götürüb. Nəzərdə tutulan investisiyalar müəssisənin fəaliyyətinin bərpa edilməsi və yenidənqurulması istiqamətində SES-də su qəbuledici qurğuların derivasiya kanalının, müxtəlif hidrotexniki avadanlıqların və təzyiq borusunun, habelə SES-dən suyu ötürən kanalın əsaslı təmir olunması və bərpasına, eləcə də SES-in suqəbuledici qurğularının, hidroturbininin, elektrik və idarəetmə avadanlıqlarının alınması, quraşdırılması və sazlanması işlərinə yönəldiləcək.

İnvestisiya Proqramının yerinə yetirilməsi nəticəsində SES-in gücünün 12 MVt-a çatdırılaraq 35 kilovotluq elektrik enerjisinin istehsak edilməsi və ötürülməsi nəzərdə tutulub. Müsabiqənin digər şərtlərinə uyğun olaraq, «İnter Enerji» MMC 200 000 manat məbləğində vəsaitin dövlət büdcəsinə köçürülməsini, silinmək üçün 8 000 ədəd dövlət özəlləşdirmə çekinin təqdim edilməsini öhdəsinə götürüb. İnvestisiya Proqramına əsasən müəssisənin gələcək fəaliyyəti təmin edildikdən sonra orada iş yerlərinin bərpası və işçilərin sosial təminatının daha da yaxşılaşdırılması məsələləri də öz həllini tapacaq.

İnvestisiya Proqramına əsasən, investisiya qoyuluşları müddətində müəssisədə 100-120 yeni iş yerinin açılması planlaşdırılır.

Modern.az



 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə