Modern.az

Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurası qurulacaq

Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurası qurulacaq

Təhsil

15 Sentyabr 2010, 23:40


Sentyabrın 15-də İstanbulda, “Çırağan” sarayında Türkiyə prezidenti Abdullah Gül İstanbulda Çırağan Sarayında Türk Dilli Ölkələrin Dövlət Başçılarının 10-cu zirvə toplantısında iştirak edən Azərbaycan prezidenti İlham Əliyevi qəbul edib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, görüş mətbuat üçün qapalı keçirilib. Görüşdən əvvəl jurnalistlərə prezidentlərin görüntülərini almağa icazə verilib.  Görüşdə Türkiyənin enerji naziri Taner Yıldız da iştirak edib  İki prezident arasında açıq dialoq mətbuatın diqqətini çəkib. Mətbuatın məlumatına görə, prezidentlərin görüşündə enerji məsələləri xüsusi yer tutub.

Daha sonra İlham Əliyevi Türkiyənin baş naziri  Rəcəb Tayyib Ərdoğan qəbul edib.  (AzərTAc)
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti barədə söhbət açılıb.
Ölkələrimiz arasında enerji sahəsində, həmçinin Bakı-Tbilisi-Ceyhan və “Şahdəniz” layihəsinin inkişaf etdirilməsinə dair Türkiyə ilə əməkdaşlıq və regional məsələlər müzakirə olunub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında yaradılacaq yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının əlaqələrimizin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olundundən sonra “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurasının qurulması haqqında Birgə Bəyannamə”nin imzalanması mərasimi olub.

Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan imzalayıb.
Sonra mətbuata açıqlama verilib və jurnalistlərin sualları cavablandırılıb.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə