Bu gün İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı keçiriləcək. Toplantıda iştirak etmək üçün Türkiyədə olan dövlət başçıları dünən axşam birgə şam ediblər. (AzərTAc)
Sentyabrın 15-də İstanbulda, “Dolmabaxça” sarayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın adından dövlət başçılarının şərəfinə rəsmi şam yeməyi verilib.