Modern.az

İqtisadi İnkişaf Nazirliyi unun bahalaşdığını rəsmən təsdiqlədi

İqtisadi İnkişaf Nazirliyi unun bahalaşdığını rəsmən təsdiqlədi

16 Sentyabr 2010, 10:32


Son vaxtlar ölkənin bəzi bölgələrində çörəyin və unun qiymətinin artdığı bildirilir. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bür müddətdir ölkə ərazisində unun və çörəyin qiyməti ilə bağlı monitorinqlərə başlayıb.

Modern.az xəbər verir ki, nazirliyin məlumatına görə, monitorinqlər nəticəsində dünya bazarında buğdanın qiymətinin artması ilə əlaqədar ölkə ərazisində son zamanlar buğda ununun istehsalçı qiymətinin artdığı və bunun nəticəsində unun pərakəndə satış qiymətinin də artması müşahidə edilib.

"Bununla yanaşı, ölkə əhalisinin çörəklə təminatında xüsusi çəkisi böyük olan təsərrüfat subyektləri tərəfindən istehsal olunan çörəyin qiymətində indiyədək artım qeydə alınmamışdır.
Eyni zamanda aparılmış təhlillər göstərir ki, buğda ununun hazırkı topdansatış qiyməti ilə çörək istehsalı rentabelli olduğundan, buğda ununun qiymətindəki bu artım çörəyin bahalaşmasına səbəb olmayacaq"-deyə nazirlik bəyan edib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən unun və çörəyin qiyməti ilə bağlı monitorinqlərini davam etdiriliyi bildirilir.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı