Arxiv
2 Aprel 2015, 12:51 | MƏDƏNİYYƏT
Məşhur obrazlar yaradıb, unudulan AKTYORLAR- Cəbiş müəllim kim olub, bilirsiniz?

Azərbaycanın çox zəngin kino ənənəsinin olması heç kəsə sirr deyil. O ənənəni yaradanlar istedadlı aktyorlar olublar. Amma bu gün həmin aktyorların bəzilərini tamaşaçılar qətiyyən tanınmır. Az qala, hər sözünü əzbərdən bildiyimiz obrazın hansı aktyor tərəfindən ifa olunmasından xəbərsizik.

Modern.az saytı belə obrazlar yaradıb unudulan Azərbaycan aktyorlarının bir neçəsini təqdim edir:


Süleyman Ələsgərov -
Bu aktyorun kimliyi yəqin ki, çoxlarında sual yaratdı. Amma “Cəbiş müəllim” deyən kimi hamının gözünün qarşısına eynəkli, uzun və çəlimsiz yaşlı bir müəllim obrazı canlanır. Həmin Cəbiş müəllim obrazını yaradan və artıq 40 ilə yaxındır insanların hafizəsindən o obrazı silinməyə qoymayan aktyor Süleyman Ələsgərovdur.   
O, Gənc Tamaşaçılar Teatrında fasiləsiz olaraq 63 il səhnəyə çıxıb. 83 yaşında da səhnədə canlı, dinamik və təravətli görünürdü. Səhnə məntiqini həmişə həssaslıqla gözləyib. Aktyor “Bizim Cəbiş müəllim” filmindən başqa, “Bir cənub şəhərində”, “Rəqiblər”, “İnsan məskən salır”, “Möcüzələr adası”, “O qızı tapın” və digər filmlərdə epizodik də olsa, maraqlı rollar canlandırıb. Aktyor bu gün Süleyman Ələsgərov kimi yox, daha çox Cəbiş müəllim kimi hamının yaddaşındadır.


Kamil Məhərrəmov -
Azərbaycan kinosunun tarixində epizodik rollarla yaddaqalan aktyorlarımızdan biri Kamil Məhərrəmov olub. “Dərviş Parisi partladır” filmində Hatəmxan ağanın nökərinin - Qəmbərin Firəngistandan gələn nəbatat alimi müsyö Jordanla bitkilərin adları ilə bağlı mübahisəsi filmin ən yaddaqalan səhnələrindəndir.
“Yol əhvalatı” filmindəki sürücü Paşa obrazı da hamının yadındadır. Onun “Qurban əmi yalan deyirəmsə, məni elə o lyükün içində basdırsınlar” deməsinə Qurban (Səyavuş Aslanın) belə cavab verir: “Tutalım səni basdırdıq, bəs sənin o meyidüvi aparmaq üçün maşın lazımdı, ya yox. Ayy...”. 

Belə epizodları saymaqla qurtarmaz. “Evlənmək istəyirəm” (“Papaq”) filmindəki dilsiz-ağızsız, lal tütək çalan Hüseyin də Odur. Bu gün adı çox az adam tərəfindən xatırlanan Kamil Məhərrəmov faciəli şəkildə vəfat edib. Teatrın avtobusu hamını evinə düşürüb, Kamil Məhərrəmov avtobusda necə yuxuya gedibsə, sürücü onu oyada bilməyib. Buna görə də avtobusun qapısını açıq qoyur ki, oyananda durub evinə getsin. Səhər gəlib görürlər ki, elə oturacaqda dünyasını dəyişib. 52 yaşında vəfat edən aktyorun həyatında faciəli məqamlar şox oldu. Təbii ki, burada onun öz sağlamlığından çox içkini sevməyi də əsas rol oynayırdı.


Məmmədsadıq Nuriyev -  
Bu aktyorun adı bir çoxlarına tanış gəlməsə də, yaratdığı maraqlı obrazlar və fikirləri bu gün də zərbi-məsələ çevrilməkdədir. O, “Söhbət bir kilo sosiskada deyil e, adam gərək vnimatelni olsun” ifadəsinin müəllifi olan Davud obrazını (“Uşaqlığın son gecəsi”) Azərbaycan kinosuna bağışlayıb.
Məmmədsadıq Nuriyev “Səhər”, “Ulduz”, “Yeddi oğul istərəm”, “Tütək səsi” və digər filmlərdə də çəkilib. Amma Məmmədsadıq Nuriyevin Azərbaycan kinosuna hədiyyə etdiyi ən böyük şah əsəri oğlu, görkəmli aktyor Yaşar Nuridir.  Çox təəssüf ki, Məmmədsadıq Nuriyev oğlu Yaşar Nuri qədər xalqın yaddaşında qala bilmədi. Mərhum Yaşar müəllim xalq artisti olsa da, atası əməkdar artist adını belə, ala bilmədi. Bunlar təbii ki, şərti şeylərdi. Amma kiçik rolların böyük ifaçısı hesab olunan Məmmədsadıq Nuriyevin unudulmağı əməkdar artist ola bilməməsindən daha ağır faciədir.


Arif Mirzəquliyev –
O, “Məşədi İbad”dakı student obrazını yaradan Sərvərdir. Hüseyn Seyidzadənin bu rola layiq bildiyi aktyor sonradan cəmi bir böyük rola çəkilib - “Görüş” filmində Kamil. Daha sonra Arif Mirzəquliyev kinodan uzaqlaşıb. “Məşədi İbad-80, yaxud köhnə tanışlar” qısametrajlı filmində yenidən Sərvər obrazını canlandırıb. Amma bu dəfə başqa ampluada. Aktyor kimi özünü tam təsdiqləyə bilməsə də, Sərvər və Kamil kimi Azərbayacn kino tarixində qalmağı bacarıb.  


İnarə Quliyeva
– Həyatını sonradan Moskva ilə bağladığı üçün bu aktrisanı tamaşaçılar təəssüf ki, o qədər də yaxşı tanımır. Amma bircə “Qaynana” filmində yalançı gəlin donuna girərək Cənnət xalanı cəzalandıran Afət obrazı ilə kinoda sevilib. İnarə Quliyeva “Dədə Qorqud”, “Şir evdən getdi”, “Min birinci qastrol” filmlərinə də çəkilib. “Alma almaya bənzər” filmində yaratdığı müəllimə obrazı da yaddaqalan olub. Rəhmətlik Hacıbaba Bağırov filmdə ona üzünü tutub deyirdi: “İstəyirsən səninçün bütün bazarı bağlatdırım”.  
Aktrisa daha sonra həyatını Moskva ilə bağladı. Bir çox teatrlarda rejissor kimi çalışdı. Vaxtilə Rusiya telekanallarında bir neçə proqramın müəllifi olan aktrisanı Azərbaycanda o qədər də çox tanımırlar.



Tələt Rəhmanov
- 80-ə yaxın irili-xırdalı filmlərdə çəkilən aktyoru bu gün etiraf etsək də, etməsək də çox adam tanımır. Amma maraqla izlənilən filmlərin əksəriyyətində Tələt Rəhmanov var. “Arşın mal alanda” nökər Vəli rolu ilə sənətə gələn aktyor sonradan həm tarixi, həm dram, həm də komediya janrlarında xeyli filmə çəkilib. Tələt Rəhmanovun da bəxtinə hətta əməkdar artist adı yazılmayıb. Filmlərin çoxunda epizodik rollara çəkilsə də, aktyorun tamaşaçının rəğbətinə layiq biri olduğuna söz ola bilməz.
“Qaynana” filmində Cənnət xalanın qardaşı oğlu Əli obrazı Tələt Rəhmənovu tanıdan rollardan sayılır.


Sadıq Hüseynov -
Bir müddət daha çox uşaqların Savalan babası kimi tanıdığı Sadıq Hüseynov irili-xırdalı, qısametrajlı-tammertrajlı 98 filmə çəkilib. Həmin filmlərdən “Axırıncı aşırım”, “Tütək səsi”, “Arxadan vurulan zərbə”, “Qaçaq Nəbi”, “Evlənmək istəyirəm”, “Qəm pəncərəsi”ni sadalamaq olar. Ömrünün sonunda Dövlət Televiziyasının “Cizgi filmi” buraxılışında Savalan baba kimi özünə rəğbət qazanıb.
Aktyor, film səsləndirən və mətn oxuyan Sadıq Hüseynov da fəxri ad ala bilməyib.


Müxlis Canızadə -
Aktyor olmaqla yanaşı, pedaqoq və bədii qiraətçi kimi də tanınan Müxlis Canızadə kino üçün əlindən gələni etsə də, sonradan öz layiqli qiymətini ala bilmədi. Əməkdar artistin bu gün xalq artistləri olan tələbələri də bunu təsdqiləyir: “Əsl dost”, “O olmasın bu olsun”, “Yenilməz batalyon”, “Arxadan vurulan zərbə”, “Ögey ana” filmlərində çəkilən aktyor sonradan ögey münasibətin qurbanı olub. 


Elçin Məmmədov
- İxtisasca rəssam olsa da, bir çox filmlərdə sanballı obrazlar yaradan Elçin Məmmədov böyük kino ustaları Mehdi Məmmədov və Barat Şəkinskayanın ailəsində dünyaya göz açıb. O, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Dantenin yubileyi”, “Yarımçıq qalmış mahnı”, “Xəzinə”, “Toya dəvətnamə” kimi filmlərdə yaddaqalan obrazlar yaradıb. Cəmi 54 il ömür sürən Elçin Məmmədov çox təəssüf ki, ancaq kino biliciləri və mədəbniyyət adamlarının yaddaşında qalıb. Amma geniş kütlənin də “Yeddi oğul istərəm”dəki  Mirpaşa, “Dədə Qorqud”dakı Qaraca çoban rollarını kimin oynamasını bilməsi pis olmazdı...

Elmin NURİ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev İordaniya kralını təbrik edib 24 May 2019, 17:47 Manat və dolların 3 günlük MƏZƏNNƏSİ 24 May 2019, 17:27 Leyla Əliyeva uşaqların müalicəsi ilə maraqlandı - FOTOLAR 24 May 2019, 17:25 Prezident bu dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI 24 May 2019, 17:25 Dünyaca məşhur şirkət “Azərenerji”nin məsləhətçisi oldu   24 May 2019, 17:08 İstirahət günlərində hava necə olacaq?  24 May 2019, 17:04 Ukraynanın baş naziri istefa verdi 24 May 2019, 16:59 Ağstafada hamilə qalan dörd gəlinin yaşı açıqlandı - Qalmaqalın TƏFƏRRÜATI 24 May 2019, 16:51 Ziyafət Əsgərov: Onlar əxlaqsız adamlardır 24 May 2019, 16:33 Çilinin tanınmış saytı Naxçıvandan yazdı 24 May 2019, 16:31 Deputatlar prezidenti məhkəməyə verdilər 24 May 2019, 16:26 İlk Qədr gecəsi dünən oldu, yoxsa bu gündür? - MÜBAHİSƏ 24 May 2019, 16:23 Ziyafət Əsgərov: “Dağlıq Qarabağ münaqişəsinin həlli yaxınlaşır” 24 May 2019, 16:06 “Nar”-ın da dəstəyilə ADA-da uğurlu innovativ layihələr seçilib   24 May 2019, 16:03 Rusiyanın S-400 sistemləri: Vaşinqton-Ankara münasibətlərində növbəti gərginliyin adı 24 May 2019, 15:57 Böyük Britaniyanın yeni baş nazirin adı məlum olacaq 24 May 2019, 15:49 Aİ ilə yeni Sazişdə sahibkarlarımızın mənafeyi qorunurmu?   24 May 2019, 15:43 Goranboyun başçısı kümçülərlə görüşdü 24 May 2019, 15:40 Sabah karatenin əlbəyaxa döyüş növü üzrə peşəkarların mübarizəsidir - VİDEO 24 May 2019, 15:31 Müəllimi döydülər - Təhsil Nazirliyi Baş Prokurorluğa müraciət etdi 24 May 2019, 15:06 Dünyada vəziyyət gərginləşir” - Prezidentin  iftardakı çıxışı - MƏTN 24 May 2019, 15:00 Arif Rəhimov Formula 1-in Bakıya qazandırdıqlarından danışdı   24 May 2019, 14:51 Araz Əlizadə Ayaz Mütəllibovla düşmənçilik edir? - AÇIQLAMA 24 May 2019, 14:39 Bakı Mühəndislər Universitetində “Mənim Azərbaycanım” SƏRGİSİ - FOTOLAR   24 May 2019, 14:39 109 yaşlı “Ər və arvad”la həmyaşıd Akademik Musiqili Teatr 24 May 2019, 14:30 “Arsenal” - “Çelsi”: Finalda kimi dəstəkləyəcəksiniz: - Tanınmış azarkeşlər CAVAB VERDİ 24 May 2019, 14:23 Zelenski Poroşenkonun sərəncamını ləğv etdi 24 May 2019, 14:21 Əhməd bəy Ağaoğlu mükafatı sahiblərinə - tərcüməçilərə təqdim edildi - FOTO 24 May 2019, 14:04 Sosial şəbəkələr “titrədi” – Zəlzələ xəbəri təsdiqlənmədi 24 May 2019, 14:02 Ali məktəblərə builki keçid balları aşağı salına bilərmi? - Rəsmi CAVAB 24 May 2019, 13:38 Tarixçi alim bugünkü problemlərin həll yolunu Cümhuriyyət dövründən öyrənməyə ÇAĞIRDI 24 May 2019, 13:29 Əbülfəs Qarayev Şamaxıda müraciətləri dinlədi 24 May 2019, 13:25 “Qafqazda Azərbaycan və erməni məsələsi” kitabı müzakirə olundu   24 May 2019, 13:20 Böyük Britaniyanın baş naziri istefa verdi 24 May 2019, 13:16  I qrupda maksimal bal toplamış gənc: “Bakı Ali Neft Məktəbi mənim hədəfim olub 24 May 2019, 13:06