Moskvanın Tekstilişiki rayonunda müsəlmanların ibadəti üçün planlaşdırılan məscid və mədərəsə tikintisi rus millətçi dairələrinin etirazı ilə qarşılanıb. Modern.az “strana.ru” saytına istinadən bildirir ki, rus şovinistlərinin qızışdırdığı rayon əhalisi buna etiraz olaraq aksiya keçiriblər. Aksiya rus millətçi təşkilatları tərəfindən dəstəklənib.
Tekstilşikidə yaşayan 1000 nəfərə qədər rayon əhalisi küçəyə çıxaraq məscidin tikintisini dayandırmağı tələb ediblər. Aksiyada rayonda yaşayan insanlardan məscidin tikilməsinin əleyhinə imzayığma kampaniyası keçirilb.
Tikiləcək məscidin imamı mitinqçilərin qarşısına çıxaraq onları “pulla satın alınmış muzdlular” adlandırıb və məscidin tikintisinin davam etdiriləcəyini deyib.
Modern.az