Mərkəzi Seçki Komissiyası Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etmək istəyənlərin müraciətlərini qəbul edir. Bu barədə Modern.az-a MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib. Onun sözlərinə görə, bu günə qədər ölkə üzrə seçkiləri müşahidə etmək istəyən 172 nəfər qeydə alınıb.
“Bu şəxlər ölkə üzrə bütün yerlərdə seçki məntəqələrinin işini müşahidə edə biləcəklər. Yerli müşahidəçi olmaq isətəyənlər isə Dairə Seçki Komissiyalarına müraciət etməlidir”-deyə MSK sözçüsü deyib. A. Sarıyev həmçinin qeyd edib ki, bu günə qədər MSK-ya seçkiləri müşahidə etmək üçün heç bir xarici müşahidəçilər qrupu müraciət etməyib. Hələlik seçkilılərdə exit-pol keçirəmək arzusunda olanlar da yoxdur.
Modern.az