Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının ekspertləri və “Henley&Partnets” şirkəti turizm azadlığına görə dünya ölkələrinin reytinq cədvəlini tərtib edib. Modern.az xarici mətbuata isitnadən xəbər verir ki, əsas kriteriya olaraq dövlətlərin maksimum sayda əcnəbi ölkələrlə vizasız rejimdə olması götürülüb.
Reytinq cədvəlində dünyanın 190-dan artıq ölkəsi qərarlşaıb. Azərbaycan xariic dövlətlərlə viza rejiminin sadəliyinə görə 70-ci pillədədir. Rusiya və Türkiyə 38-ci, Gürcüstan 68-ci, Ermənistan isə 73-cü pillədə qərarlaşıblar. Türkiyə və Rusiya vətəndaşları 100 ölkəyə xarici pasportla gedə bilərlər. Azərbaycan vətəndaşları isə 60 ölkəyə vizasız səfər edə bilərlər.
Keçmiş sovet respublikalarından ən yaxşı mövqedə Latviya qərarlaşıb. Bu ölkənin vətəndaşları dünyanın 158 ölkəsinə vizasız səfər edə bilərlər. Ən aşağı mövqedə isə Türkmənistandır. Bu ölkə vətəndaşları yalnız 48 ölkəyə vizasız gedə bilərlər.
Reytinqin zirvəsində isə Finlyandiya, İsveç, Almaniya, ABŞ və Böyük Britaniya qərarlaşıblar. Bu ölkələrin vətəndaşları 174 ölkəyə vizasız səfər edə bilərlər.
Əfqanıstan (28), İraq (31), Pakistan və Somali (32) isə vətəndaşları ən az ölkəyə vizasız gedən ölkələrdir.
Vüqar İsmayılov