Modern.az

Qısqandığı məktəblini öldürtdürən müəllimə həbs edildi

Qısqandığı məktəblini öldürtdürən müəllimə həbs edildi

Təhsil

8 Aprel 2015, 22:45


Moskva vilayətindəki Şatura məktəbinin müəlliməsi 15 yaşlı yeniyetmənin öldürülməsinin təşkilində şübhəli bilinir. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Şatura istintaq bölməsinin vəsatəti əsasında 52 yaşlı yerli sakin barəsində həbs qətimkan tədbiri seçilib. Qadın müəllimə isə cinayətlə bağlılığını tamamilə inkar edir.

Buna baxmayaraq öldürülən yeniyetmənin qohumları və şübhəlinin həmkarları dindiriləcəklər. Bundan əlavə, qadının psixoloji durumunu müəyyənləşdirmək məqsədilə ekspertiza keçiriləcək.  

Məlumatda qeyd edilir ki, 53 yaşlı qadın yeniyetmə ilə onun hələ 13 yaşı olanda cinsi əlaqədə olub. Müəllimə sevdiyi oğlanı onunla əlaqəni kəsib sinif yoldaşı ilə yaxınlaşdığına görə qısqanıb. Bu zaman qadın onun öldürülməsi tapşırığını verib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə