Modern.az

İspaniyada terror planlaşdıran islamçılar tutuldular

İspaniyada terror planlaşdıran islamçılar tutuldular

Təhsil

9 Aprel 2015, 00:20


İspaniyanın şimal-şərqindəki Kataloniya muxtar vilayətinin polisi terrorçuluq fəaliyyətində şübhəli bilinən 11 nəfəri saxlayıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, regionun daxili işlər naziri Ramon Espadaleranın məlumatına görə, yaşları 17-dən 45-ə qədər olan 10 kişi və 1 qadın gənc insanları ələ alıb İraq Şam İslam Dövlətinin tərəfində vuruşmaq üçün Suriya və İraqa göndərilməsini təşkil edən özəyə daxil olublar.

Bundan əlavə, onların Kataloniya ərazisində terror aktları törətmək planlaşdırdıqları da qeyd edilir.

2015-ci ilin əvvəlindən İspaniyanın hüquq-mühafizə orqanları radikal islamçılıq və terrorçuluqda şübhəli bilinən 30 nəfəri artıq həbs edib.

Modern.az  
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə