Modern.az

Bakıda tələbələrə “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” izah olundu

Bakıda tələbələrə “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” izah olundu

Təhsil

9 Aprel 2015, 10:35


Bakı Ali Neft Məktəbində “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı,  şərqşünas-alim, akademik Vasim Məmmədəliyev, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Bakı Ali Neft Məktəbinin (BANM) professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

BANM-in rektoru Elmar Qasımov “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfransın Ali Məktəbdə keçirilməsinin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyllərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.  O, Azərbaycanın İslam ölkəsi olmaqla yanaşı, eyni zamanda dünyəvi dövlət olduğu, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışıb.  

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək, ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlət-din münasibətləri barədə danışıb. O, ölkədə dini radikalizmin yayılmasının qarşısının alınması üçün mühüm tədbirlər həyata keçirildiyini vurğulayıb. M.Qurbanlı mövzunun aktual olduğunu qeyd edərək, tələbələrin bu istiqamətdə maarifləndirilməsinin ölkənin təhlükəsizliyi naminə vacib olduğunu  deyib.

Şərqşünas-alim, akademik Vasim Məmmədəliyev müxtəlif  dinlərin  yaranmasından  söz açıb və  ayrı-ayrı dövrlərdə müxtəlif maraqlar zəminində təriqətlərin yaranması  və onların siyasiləşdirilməsi haqqında məlumat verib. Azərbaycan dövlətini və cəmiyyətini dini radikalizmin təhlükəsindən qorumaq, gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi üçün tez-tez maarifləndirici tədbirlərin keçirilməsinin önəmini qeyd edib. O, İslam dininin əsasında insanpərvərlik, vətənsevərliyin durduğunu vurğulayıb və gəncləri  radikal dini cərəyanların təsiri altına düşməməyə çağırıb.

Sonda müəllim və tələbələrin mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə