Modern.az

MDHP parlament seçkilərində iştirakla bağlı son qərarını açıqladı

MDHP parlament seçkilərində iştirakla bağlı son qərarını açıqladı

Təhsil

9 Aprel 2015, 11:08


Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) qarşıdan gələn parlament seçkilərində iştirakı ilə bağlı qərarını açıqlayıb.

Partiya sədri Fərəc Quliyev bildirib ki, rəhbərlik etdiyi partiya seçkilərdə hər hansı siyasi bloka qoşulmaq niyyətində deyil:

“Müstəqil şəkildə iştirak etmək fikrimiz var. Amma müəyyən dairələrdə bitərəf adamlar, Azərbaycana xidmət edəcək elə insanlar ola bilər ki, onlara alternativ namizədlər irəli sürməyək və həmin insanları müdafiə edək”.

F.Quliyev qeyd edib ki, təcrübə göstərir ki, siyasi blokların ömrü qısa olur.

Onun fikrincə, hər hansı bir blok yarananda təşkilatlar üzərilərinə öhdəliklər götürürlər və öz hüquqlarını əldən verirlər: “Bu, davranış üçün məhdudiyyətə çevrilir, sonradan isə ziddiyyətlər yaranır. Biz isə bunu istəmirik”.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə