Modern.az

Özbəkistan prezidentinin inauqurasiyası sabah olacaq

Özbəkistan prezidentinin inauqurasiyası sabah olacaq

Təhsil

9 Aprel 2015, 13:00


Özbəkistanın yenidən prezidenti seçilən İslam Kərimovun inauqurasiya mərasimi aprelin 10-da keçiriləcək. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Özbəkistan qanunvericiliyinə görə seçkilərin rəsmi nəticələri elan olunandan sonrakı 2 ay müddətində yeni seçilən dövlət başçısı parlamentdə and içərək vəzifəsinin icrasına başlamalıdır.

Aprelin 6-da Özbəkistanın Mərkəzi Seçki Komissiyası martın 29-da keçirilən seçkilərin nəticələrini elan edib.

MSK-nın açıqladığı nəticəyə görə İslam Kərimov seçkilərdə iştirak edən 91,08 faiz seçicinin 90,39 faizinin səsini toplayıb. 77 yaşlı İslam Kərimov 1989-cu ildən Özbəkistanı idarə edir.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə