Modern.az

Pezident Administrasiyası seçkilərlə bağlı icra başçılarını toplayacaq

Pezident Administrasiyası seçkilərlə bağlı icra başçılarını toplayacaq

Təhsil

17 Sentyabr 2010, 14:23

ATƏT və MSK-nın iştirakı ilə...  

Sentyabrın 20-dən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı və ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda məlumat sessiyalarına başlanacaq.  
Bu barədə Modern.az-a MSK-nın mətbuat xidmətindən bildiriblər.  
Məlumat sessiyaları  rayonların icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün təşkil ediləcək. İlk məlumat sessiyası senyabrın 20-də Bakının və ətraf rayonların icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün keçiriləcək. Sentyabrın 21-də Şirvanda, 22-də Mİngəçevirdə, 24-də isə Naxçıvanda müvafiq bölgələrin rayon icra hakimiyyəti başçıları və DSK sədrləri üçün eyni mövzulu məlumat sessiyaları keçiriləcək. Bakıda keçiriləcək tədbir “Ləndmark” biznes mərkəzinin “Rotunda” zalında saat 10.00-da başlanacaq. Bütün kütləvi informasiya vasitələrinin nümayəndələri tədbirə dəvətlidir.

Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə