Modern.az

Bakıda avtoxuliqanlar məhkəməyə verildi, cərimələndilər

Bakıda avtoxuliqanlar məhkəməyə verildi, cərimələndilər

Təhsil

9 Aprel 2015, 14:10

Bakıda avtoxuliqanlar tutulub. Modern.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, cari il mart ayının 21-də Nazim Cəfərov idarə etdiyi “Ford” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Səbail rayon məhkəməsinə göndərilib. Məhkəmənin 28.03.15-ci il tarixli qərarına əsasən N.Cəfərov İXM-nin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib və barəsində 500 manat cərimə inzibati tənbeh növü tətbiq edilib.

Cari il mart ayının 20-də Rövşən Rəşidov idarə etdiyi “TOFAŞ” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Səbail rayon məhkəməsinə göndərilib.  Məhkəmənin 21.03.15-ci il tarixli qərarına əsasən R.Rəşidov İXM-nin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib və barəsində 1 ay həbs inzibati tənbeh növü tətbiq edilib.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə