Modern.az

Moskva ziyalılarından BAŞSAĞLIĞI

Moskva ziyalılarından BAŞSAĞLIĞI

Təhsil

9 Aprel 2015, 15:12

AMEA-nın müxbir üzvü və həqiqi üzvü Moskva Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti və "Azərbaycan konqresi" qəzetinin sabiq baş redaktoru, fəlsəfə elmləri doktoru, professor Əfrand Daşdəmirov 73 yaşında dünyasını dəyişib.

Əfrand Daşdəmirov 12 mart 1942-ci ildə Bakı şəhərində anadan olmuş, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdi.Əfrand Daşdəmirov Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində rəhbər vəzifələr tutub, Bakı Ali Partiya Məktəbində kafedra müdiri işləyib. Ə.Daşdəmirov uzun illər həm də Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda milli münasibətlər və beynəlmiləl tərbiyə şöbəsinin müdiri olub. 1991-ci ildən isə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Qulluğu Akademiyasının professoru idi.

Ə.Daşdəmirovun elmi fəaliyyətinin əsasını millətlərin və millətlərarası münasibətlərin inkişafının sosial-fəlsəfi, politoloji, kulturoloji, etnopsixoloji problemlərinin elmi-tədqiqi, müasir etnosiyasi, etnomədəni proseslərin dərkinin fundamental nəzəri-metodoloji məsələləri təşkil edib.

Ə.Daşdəmirov Rusiyada Azərbaycan diasporunun formalaşmasında və inkişafında yaxından iştirak edib, burada yaşayan azərbaycanlıların 2002-ci ildə Moskvada yaranan Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti seçilibr.

10 il “Azərbaycan Konqresi” qəzetinin (rus dilində) baş redaktoru vəzifəsində çalışıb. Xüsusilə ölkəmizin üzləşdiyi Qarabağ problemi, tariximzdəki faciəli hadisələr, Xocalı soyqırımıyla, Qarabağətrafı rayonlarımızın işğalıyla bağlı yazdığı məqalələr təqdirəlayiqdir. O 250-dən çox elmi əsərin müəllifidir, onun rəhbərliyi ilə 10 elmlər və 30-dan çox fəlsəfə doktoru hazırlanıb. Görkəmli alim, tanınmış ictimai xadim və səmimi insan Əfrand Daşdəmirovun əziz xatirəsi qəlbimizdə həmişə yaşayacaq! Dərin hüznlə Moskvada yaşayan azərbaycanlı ziyalılar:

Nəsib Nəbioğlu, Mirəşrəf Fətiyev, Əbdül Hüsüynov, Alla Axundova, Ramiz Abutalıbov, Cəfər Sadıq, Abuzər Bağırov, Maya Bədəlbəyli, Vasif Məmmədov, Sultan Mərzili, Əşrəf Hüseynli, Sabir Həbibov, Yusif Əmiraslanov, Rabson Məmmədov, Abbas Alıyev, Əliş Əvəz.

Allah rəhmət eləsin!

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə