Hazırda Milli Şuranın aktiv üzvlərindən olan sabiq millət vəkili Gültəkin Hacıbəyli ilə deputatların əlaqə saxlayıb saxlamadığı xeyli maraqlıdır.
Sualımızdan deputatların bir çoxu yayındı.Böyük Qurtuluş Partiyasının başqanı Fazil Mustafa isə Modern.az-a bildirib ki, keçmiş həmkarı Gültəkin Hacıbəyliylə münasibətlərində hər şey qaydasındadır:
“Hansısa tədbirdə görüşəndə salamlaşırıq, hal-əhval tuturuq, münasibətlərimiz də normaldır, heç bir problemimiz yoxdur. Amma açığı fəaliyyət müstəvimiz tam fərqli olduğuna görə az hallarda rastlaşırıq. Yəni xüsusi münasibət saxlamasaq da, hər şey normaldır”.
Ümid Partiyasının sədri İqbal Ağazadə isə saytımıza deyib ki, bu məsələlərin mətbuata heç bir dəxli yoxdur: “Mənim kiminlə əlaqə saxlayıb- saxlamamağımın, münasibətdə olub-olmamamağımın mətbuata heç bir aidiyyatı və dəxli yoxdur”.
Gülşən RAUFQIZI