Modern.az

Prokuror Rəsul Cəfərova 9 il iş istədi

Prokuror Rəsul Cəfərova 9 il iş istədi

Təhsil

9 Aprel 2015, 16:00


Aprelin 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hüquq müdafiəçisinin vəkili Fariz Namazlı Moderin.az saytına deyib ki, prosesdə Rəsul Cəfərov da iştirak edib: “Hakim ittiham tərəfinin və bizim verdiyimiz sübutları elan etdi. Rəsul Cəfərov ifadəsində bildirdi ki, hər hansı qanun pozuntusuna yol verməyib. Göndərilmiş pulun bəzisi qrant vəsaiti, bəziləri səfər xərcləri və mükafat şəkilində olub. Heç biri istintaqın iddia etdiyi kimi gəlir deyil.

Ötən məhkəmə prosesində məhkəməyə beynəlxalq təşkilatlardan alınan sənədləri təqdim etmişdik. Həmin sənədlərdə Rəsul Cəfərova göndərilən pul vəsaitinin təyinatı göstərilib. Polşadan alternativ ekspert rəyində Anar Cəbiyev və Nicat İmranlının imzasını ekspertizadan keçirmişdik. Ekspertlər rəy verib ki, imzalar onlara məxsusdur. Halbuki istintaq iddia edir ki, imza onlara məxsus deyil.

Dövlət ittihamçısı çıxışında verdiyimiz sənədlərə qiymət vermədi. Sənədlərin istintaq zamanı yox, məhkəmədə təqdim olunduğun əsas gətirərək onların həqiqiliyi şübhə altına aldı. Zərərçəkənlərin bəzisinin Rəsul Cəfərovun dostu, qonşusu, qrup yoldaşı olduğunu deyərək, onların məqsədinin müttəhimi məsuliyyətdən qurtarmaq olduğunu bildirdi. Sonda dövlət ittihamçısı məhkəmədən Rəsul Cəfərova 3 il müddətində dövlət qurumlarında, bələdiyyə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 9 il müddətinə azadlıqdan mərhum edilməsin xahiş etdi.

Müdafiə tərəfinin çıxışı ilə növbəti məhkəmə aprelin 14-nə təyin olunub”.

İnsan Hüquqları Klubunun rəhbəri olan Rəsul Cəfərov avqustun 2-də həbs edilib. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. Əvvəl Rəsul Cəfərova qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları irəli sürülüb. Onun işinə mənimsəmə və israf etmə və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamları da əlavə olunub.

Yeganə OQTAYQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə