Modern.az

5 erməni cüdoçu Bakıya gələcək

5 erməni cüdoçu Bakıya gələcək

Təhsil

9 Aprel 2015, 18:24

Ermənistan Cüdo Federasiyası iyun ayında Bakıda keçiriləck I Avropa Oyunlarında 5 cüdoçularının iştirak edəcəyini açıqlayıb. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Cüdo Federsiyasının vitse-prezidenti David Xitaryan iştirakçıların çox olduğunu, lakin yalnız 5 nəfərin Bakıya göndəriləcəyini deyib.

“Ermənistanı yarışda Ovanes Davtyan (60 kq), Arsen Kazaryan (66 kq), David Nikoqosyan (73 kq), Andranik Çaparyan (91 kq) və qadınlardan Janna Stankoviç təmsil edəcək”.

Avropa Oyunlarında Ermənistan 6 idman növündə - boks, güləş, sambo, cüdo, taekvando və atıcılıqda iştirak etmək barədə qərar verib.

Vüqar İsmayılov    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə