Modern.az

İranlı zəvvarların təyyarəsi Səudiyyə Ərəbistanına buraxılmadı

İranlı zəvvarların təyyarəsi Səudiyyə Ərəbistanına buraxılmadı

Təhsil

9 Aprel 2015, 21:41


Səudiyyə Ərəbistanının baş mülki aviasiya idarəsi göyərtəsində 260 iranlı zəvvarın olduğu təyyarənin krallığın hava məkanına buraxmayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar İranın zəruri formallığa əməl etməməsi ilə izah olunub.

“Operator əvvəlcədən təyyarənin növü, onun qeydiyyatı və uşuş üçün arayş verməli, eləcə də sərnişinlərin təhlükəsizliyinin qarantiyası məqsədilə digər sənədləri təqdim etməlidir”, - KİV-də qeyd edilib.

Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlər Yəmən münaqişəsinin həlli yolları ilə bağlı prinsipial olaraq fərqli mövqelər sərgilədiklərinə görə gərginləşib.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə