Moskvanın Plyuşixa küçəsinə İosif Stalinin təsviri olan “Qaliblərə əbədi şöhrət” plakatı yerləşdirilir. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, küçədəki hasarlardan birinin üstünə yerləşdirilən fotokollajlı bannerdə müharibə və ondan sonrakı illərin xronikası təsvir olunub.
Plakatda qələbə bayrağı fonunda Stalinin şəkli olan saat, marşal kitelində orden də yerləşdirilib.
Modern.az