Modern.az

Uşağı 40 saniyəyə sakitləşdirməyin yeni üsulu - VİDEO

Uşağı 40 saniyəyə sakitləşdirməyin yeni üsulu - VİDEO

Təhsil

9 Aprel 2015, 22:20

Bəzən uşağı yatırtmaq ciddi problemə çevrilir. Bunu gecə yatırtmaq isə ikiqat əzaba çevrilir. Modern.az xarici KİV-ə istinadən bildirir ki, britaniyalı Netan Deylo adi kağızın köməyi ilə uşağı sakitləşdirmək üçün unikal üsul hazırlayıb. Onun videogörüntüsü valideynlər üçün Youtube-də hitə çevrilib.

Videodan görünür ki, Netan oğlu Setanı sakitləşdirməyə çalışır. Ancaq uşaq heç cür yatmaq istəmir. Onda ata kağızı oğlanın sifətinə sürtməyə başlayır. Qırx saniyədən sonra uşaq gözlərini yumur və yuxuya gedir.

Netan bu fenomeni elmi cəhətdən izah etməyə çətinlik çəkir, lakin görünür bu üsul valideynlərin əksəriyyəti üçün nümunə olacaq.



Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə