Modern.az

Elmar Vəliyev gənc rəssam xanıma diplom verdi - FOTO

Elmar Vəliyev gənc rəssam xanıma diplom verdi - FOTO

Təhsil

10 Aprel 2015, 09:44


Gəncə şəhərində Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr  edilmiş “Dünya bir palitradır, biz isə onun rəngləri” adlı I yaradıcılıq sərgisi nümayiş etdirilib. Modern.az xəbər verir ki, sərgidə 26 gənc rəssamın 120-dən artıq rəsm əsəri nümayiş olunub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla icra edilən gənclər siyasətinin gənc nəslin qarşısında yeni-yeni üfüqlər açdığını diqqətə çatdırıb. Elmar Vəliyev bu gün öz potensialını, istedad və bacarığını nümayiş etdirmək istəyən hər bir gənc üçün dövlət tərəfindən hərtərəfli şərait yaradıldığını bildirib.

Gənc rəssamlar çıxışlarında ulu öndərin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş sərgidə iştiraklarından qürur duyduqlarını söyləyiblər. Sonra ən yaxşı rəsm əsərlərinin müəlliflərinə Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim olunub. Fəxri fərmana layiq görülənlər arasında Gəncə Humanitar Kollecinin Dizayn fakültəsinin 4 kurs tələbəsi Türkan Əliyeva da var. Fəxri fərmanı təqdim edən icra başçısı Elmar Vəliyev gənc rəssama uğurlar arzulayıb və may ayının 10-da keçiriləcək gül bayramında yeni əsərləri ilə iştiraka çağırıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən Fəxri fərmana layiq görülməsinndən qürur duyduğunu bildirən Türkan Əliyeva davamlı olaraq sərgilərdə iştirak etdiyini, onun yetişməsində müəllimlərinə və təhsil aldığı kollecə minnətdar olduğunu bildirib. 


Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə