"Əgər diplomatik yolların həyata keçməsi üçün təzyiq vasitələrindən istifadə ediləcəksə, buyurun edin. Yox olmayacaqsa, Azərbaycan tərəfi artıq hərbi yolla öz torpaqlarını işğaldan azad etməlidir". Modern.az xəbər verir ki, bunu millət vəkili Fərəc Quliyev deyib.
“İstənilən müharibə sülhlə qurtarır. Digər yolu isə ya hərb, ya da danışıqlar yolu olur. Azərbaycan hər zaman diplomatik yollara üstünlük verir. Əgər beynəlxalq təşkilatlar, xüsusən də ATƏT diplomatik yolla bunu sülhə çatdıracaqsa, biz bunu inkar etmirik.
Artıq kifayət qədər vaxt keçibdir və ona görə də Xarici İşlər Nazirliyi öz mövqeyini ortaya qoydu. Əgər diplomatik yolların həyata keçməsi üçün təzyiq vasitələrindən istifadə ediləcəksə, buyurun edin. Yox olmayacaqsa, Azərbaycan tərəfi artıq hərbi yolla öz torpaqlarını işğaldan azad etməlidir. Mən hesab edirəm XİN mövqeyi tamamilə doğrudur" deyə millət vəkili vurğulayıb.