Modern.az

Qarabağda erməni əsgər öldü

Qarabağda erməni əsgər öldü

Təhsil

10 Aprel 2015, 11:49

Dağlıq Qarabağda işğalçı Ermənistan ordusunun əsgəri, 19 yaşlı Artur Arakelyan bədbəxt hadisə nəticəsində ölüb. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, hadisə Qarabağın qərbindəki hərbi hissələrdən birində qeydə alınıb. Əsgərin ölümünə konkret hansı hadisənin səbəb olduğu hələ ki açıqlanmır.

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “Müdafiə Nazirliyi” Artur Arakelyanın ölüm səbəbini açıqlayıb. Məlumatda qeyd edilir ki, əsgər aprelin 9-da Xankəndidəki hospitalda ölüb. O, həmin hospitala aprelin 5-də kəllə-beyin travması alaraq şok vəziyyətində gətirilib. Arakelyanın həmin gün hərbi hissənin ərazisində futbol oynadığı zaman xəsarət aldığı bildirilir. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə