Modern.az

Mübariz Əsgərov: ““Qulp” verilişi parlament seçkilərinə kimi bərpa olunacaq”

Mübariz Əsgərov: ““Qulp” verilişi parlament seçkilərinə kimi bərpa olunacaq”

Təhsil

10 Aprel 2015, 11:54

Bir zamanların ən baxımlı proqramı olan “Qulp” satirik layihəsinin rəhbəri və aparıcısı telejurnalist Mübariz Əsgərov Modern.az saytına açıqlamasında verilişi efirə qaytaracağını deyib. Hazırda “Xəzər” televiziyasında “Rezonans” proqramının rəhbəri olan Mübariz Əsgərov “Qulp”u bərpa etmək haqda düşünür:

“Yeni layihələr sentyabr ayından olacaq. Götür-qoy edirəm. Başqa layihələrim də var. Haradasa 1-2 aya bilinəcək ki, o layihəni həyata keçirəcəyəm, ya yox. Sadəcə olaraq vaxtı var. Dəqiqləşəcək harada və nə formada edəcəyəm. Fikrim var ki, “Qulp” verilişini davam etdirəm. Çünki qarşıdan parlament seçkiləri də gəlir. Yəqin ki, verilişin davamı gələcək”.

Ulduz İBRAHİMOVA 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə