Modern.az

İslam Kərimovun inauqurasiyası keçirildi

İslam Kərimovun inauqurasiyası keçirildi

Təhsil

10 Aprel 2015, 12:23


Növbəti dəfə Özbəkistanın prezidenti seçilən İslam Kərimovun Daşkənddə parlamentin aşağı və yuxarı palatalarının birgə iclasında inauqurasiyası baş tutub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdusalomov Kərimova Özbəkistan prezidentinin vəsiqəsini təqdim edib.

Bundan sonra yenidən dövlət başçısı seçilən İslam Kərimov əlini eyni zamanda həm Konstitusiyanın, həm də “Quran”ın üstünə qoyaraq and içib.

O, Konstitusiyaya və respublikanın qanunlarına əməl edəcəyinə, vətəndaşların hüquq və azadlıqlarının qorunacağına qarantiya verib.

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə