Modern.az

«Emerson Process Management» şirkətinin Avropa üzrə prezidenti Bakı Ali Neft Məktəbinə gəldi

«Emerson Process Management» şirkətinin Avropa üzrə prezidenti Bakı Ali Neft Məktəbinə gəldi

Təhsil

10 Aprel 2015, 13:25


«Emerson Process Management» şirkətinin Avropa üzrə prezidenti Royland Van Doren Bakı Ali Neft Məktəbində (BANM) olub və Ali Məktəbin rəhbərliyi, professor-müəllim və tələbə heyəti ilə görüş keçirib.

Modern.az-ın məlumatına görə, BANM-in rektoru Elmar Qasımov qonağı salamlayıb və onu Ali Məktəbdə görməkdən məmnunluq ifadə edib. 2014-cü ilin iyul ayının 8-də BANM və «Emerson Process Management» şirkəti ilə əməkdaşlıq haqqında razılaşma imzalandığını  xatırladan rektor  Elmar Qasımov  sözügedən şirkətin Avropa üzrə prezidenti Royland Van Dorenin Ali Məktəbə səfər etməsinin ikitərəfli əməkdaşlığın həyata keçirilməsində növbəti praktik addım olduğunu deyib. O, bu əməkdaşlığın proseslərin avtomatlaşdırılması sahəsində yüksək ixtisaslı mühəndislərin hazırlanmasına, korporativ təhsilə, ixtisasartırmaya, kadr ehtiyatlarının inkişafı kimi vəzifələri uğurla yerinə yetirməyə imkan verəcəyini deyib.

Azərbaycanın ən nüfuzlu ali məktəblərindən biri olan BANM-də olmasından razılıq ifadə edən Royland Van Doren dəvətə görə BANM-in rəhbərliyinə təşəkkürünü bildirib. O, tələbələri təmsil etdiyi şirkət haqqında ətraflı məlumatlandırıb. R.V. Doren BANM və rəhbərlik etdiyi şirkət arasında əldə olunan əməkdaşlıq əsasında şirkətin mütəxəssisləri tərəfindən BANM-in tələbələrinə mühazirə və seminarların keçirilməsinin, təcrübə mübadiləsinin təşkilinin, bu istiqamətdə fəaliyyətin inkişaf etdirilməsi məqsədilə BANM-də xüsusi təlim laboratoriyasının yaradılmasının nəzərdə tutulduğunu qeyd edib. 

  Görüşdən sonra Royland Van Doren BANM-in tələbələri üçün “Liderlik – Təşkilati uğurlara aparan yol”, “Effektiv liderliyin əsasları”, “Çoxsahəli liderlik” mövzularında mühazirə ilə çıxış edib.

Royland Van Doren tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb. 


Sonda «Emerson Process Management» şirkətinin Avropa üzrə Prezidenti Royland Van Doren BANM-in “Fəxri qonaq" diplomu ilə təltif olunub. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə