Hər zaman qalmaqallı çıxışları ilə yadda qalan jurnalist Ülviyyə Alovlu indi də TV aparıcısı olub. Bu gündən etibarən hər həftənin cümə günü Ü.Alovlu ANS TV-də yayımlanan “Əslində mən” verilişini təqdim edəcək.
Xəbəri Modern.az-a jurnalistin özü verib. Verilişdə ölkənin sənət adamları şəxsiyyətləri və həyatları ilə bağlı heç yerdə etmədikləri etirafları edəcəklər. Verilişin budəfəki qonağı bəstəkar-müğənni Rəhim Rəhimlidir.
Rəhimlini göz yaşına boğan səbəblər bu gün saat 19:45-də ANS TV-nin efirində açılacaq.