Modern.az

Nazir Moskvada “Bakı-2015: I Avropa Oyunları”nın təqdimatını edəcək

Nazir Moskvada “Bakı-2015: I Avropa Oyunları”nın təqdimatını edəcək

Təhsil

10 Aprel 2015, 14:47


Bu gün  Rusiyanın paytaxtı Moskva şəhərində “Bakı-2015: I Avropa Oyunları”nın təqdimat mərasimi keçiriləcək.  Bu məqsədlə gənclər və idman naziri Azad Rəhimov Rusiyada rəsmi səfərdədir.

Modern.az saytı xəbər verir ki, Moskvanın “Redisson Royal, Moskva” mehmanxanasının konqres- parkında  baş tutacaq tədbirdə 450-dən çox qonağın iştirakı göslənilir.

Təqdimat mərasimi çərçivəsində qonaqlar eyni zamanda, ölkəmizin mədəniyyətini, tarix və adətlərini özündə əks etdirən sərgi  ilə də tanış ola biləcəklər.

Tədbirin sonunda qonaqlar  üçün konsert proqramı təqdim ediləcək.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə