Modern.az

İstanbul Prokurorluğunda intihar ŞOKU

İstanbul Prokurorluğunda intihar ŞOKU

Təhsil

10 Aprel 2015, 15:03


İstanbul Prokurorluğunun binası prokurorun qətlə yetirilməsinin ardından indi də hakimlə mübahisə edən bir katibin intihar cəhdinə səhnə olub.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, binanın 4-cü mərtəbəsindən özünü atmaq istəyən katibi təhlükəsizlik işçiləri son anda qurtarıb.  

Məlumatda qeyd edilir ki, binanın 4-cü mərtəbəsində yerləşən İstanbul 15-ci Sülh Hüquq Məhkəməsində katib işləyən Fateh K. iddiaya görə məhkəmənin hakimi, eyni zamanda El Seçki təşkilatının başçısı H. G. ilə mübahisə edib.

Məhkəmədən ayrılmaq üzrə verdiyi ərizə qəbul olunmadığı irəli sürülən katib, hakimin ona qarşı pis davrandığını iddia edərək pəncərəyə çıxıb. Özünü aşağı atacağını söyləyən katibə təhlükəsizlik işçiləri son anda müdaxilə edərək qurtarıb.  

Prokuror Mehmet Səlim Kiraz martın 31-də İstanbul Prokurorluğunda terrorçular tərəfindən girov götürülərək öldürülüb.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə