Modern.az

Şəhid Həsən Həsənovun anım mərasimi ilə bağlı MÜRACİƏT yayıldı

Şəhid Həsən Həsənovun anım mərasimi ilə bağlı MÜRACİƏT yayıldı

Təhsil

10 Aprel 2015, 15:52


Qarabağ Azadlıq Təşkilatı (QAT) Ali Məclisinin üzvü Vaqif Əlisoy Modern.az saytı vasitəsilə bütün dostlarına, Qarabağ əlillərinə, keçmiş döyüşçülərə, media nümayəndələrinə, televiziya kanallarına, müraciət edib:

“Dəyərli əlil və qazi qardaşlarım, mübariz Azərbaycan gəncliyi, ürəyində Qarabağ həsrəti yaşadan məcburi köçkünlər və dostlar, sizə mütaciət edirəm. 2015-ci il aprelin 12-də Qarabağı dəlicəsinə sevən, onun uğrunda hər an qazi və şəhid olan, sonunda müqəddəs şəhid adını qazanan cəbrayıllı qardaşımız Həsən Həsənovun doğum günüdür.

Yaşasaydı 37 yaşı olacaqdı. Həsən, qardaşları Dilqəm və Şahbazla birlikdə 23 illik Vətən həsrətinə dözə bilmədi. Müqəddəs torpaqları ziyarətə getdi, dostları girov, özü isə şəhid olmaqla arzusuna catdı. Bəli, şəhid o adama deyilir ki, o, Vətən, millət, din yolunda ölümü bilə-bilə qəbul etsin. Həsəngil bunu etdi. Hər üç şəxsi yaxşı tanıdığımdan başqa söz demək istəmirəm. Girovluqda qalan qardaşlarımızın gələcək taleyini riskə atmamaq üçün susmağa üstünlük verirəm. Allah qoysa, azad olandan sonra xalqımız əsl həqiqəti biləcək.

Bilirsiniz onlara güc və qüvvət verən nədir?

Deyim, müqəddəs, minlərlə şəhid qanı ilə suvarılan Qarabağ torpağı. Bu gün onlar o torpaqdadır, o torpağın havasını udur və düşmən əlində olsa da suyunu içirlər. Yoxsa, o cür dəhşətli işgəncələrə dözməkmi olardı?
Dəyərli qardaşlar və dostlar, qeyd etdiyim kimi aprelin 12-də Həsən Həsənovun doğum günü ilə əlaqədar Binəqədi məzarlığında anım tədbiri keçiriləcək. Hər biriniz dəvətlisiniz. Bu məqsədlə həmin tarixdə saat 11: 30-da “20 yanvar” metrostansiyasının çıxışındakı “Şəhidlər” abidəsinin önünə toplaşıb və sonra qəbrini ziyarətə gedəcəyik. Güman edirəm ki, mənim bu müraciətimi anlayışla qarşılayacaq və birlik nümayiş etdirəcəksiniz”.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə