Həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Bu barədə APA-ya R.Mirqədirovun vəkili Elmar Süleymanov məlumat verib. Vəkil bildirib ki, Nəsimi Rayon Məhkəməsi R.Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 1 ay uzadılmasına qərar verib. E.Süleymanov həmin qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.R.Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub.
O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.
Ötən il aprelin 19-da saxlanılan R.Mirqədirov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan sonra R.Mirqədirov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.
Modern.az