Modern.az

İlham Əliyev “Azərbaycan yaşıl dünya naminə” sərgisinə baxıb

İlham Əliyev “Azərbaycan yaşıl dünya naminə” sərgisinə baxıb

Təhsil

17 Sentyabr 2010, 17:46

Prezident İlham Əliyev sentyabrın 17-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Azərbaycan yaşıl dünya naminə” devizi altında keçirilən beynəlxalq ekologiya sərgisi ilə tanış olub. (AzərTAc)

"Azərbaycan yaşıl dünya naminə” devizi altında keçirilən beynəlxalq ekologiya sərgisi “Ekologiya ili” çərçivəsində reallaşan tədbirlərdən biridir.
Ticarət və Sənaye Palatasının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən sərginin məqsədi respublikamızda və xarici ölkələrdə ətraf mühitin sağlamlaşdırılması istiqamətində reallaşdırılan qabaqcıl təcrübənin geniş auditoriyaya təqdim olunması, təcrübə mübadiləsi aparılması və əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Sərgidə ekoloji problemlərin həlli sahəsində fəaliyyət göstərən 30-dək yerli və xarici şirkət, eləcə də dövlət qurumları və qeyri-hökumət təşkilatları təmsil olunmuşlar. Sentyabrın 16-dan başlanan sərgi sentyabrın 18-dək davam edəcək.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Prezident İlham Əliyevə sərgi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin sağlamlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirir. Son 15 ildə Azərbaycanda meşələrin ərazisi xeyli artırılıb.
Cari “Ekologiya ili”ndə Azərbaycanda 8 milyon 200 min ağac və kol bitkisi əkilmişdir. Bunun 1 milyon 540 mini Bakıətrafı ərazilərin payına düşür. Nazirliyin Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin 3 min metrə qədər yüksəkliklərdə yerləşən 3 avtomatlaşdırılmış meteoroloji stansiyası fəaliyyət göstərir. Cənubi Qafqazda vəhşi təbiətin bərpası və reabilitasiyası mərkəzi də ilk dəfə Azərbaycanda yaradılıb. 2003-cü ildən bəri ölkəmizdə xüsusi mühafizə altında olan təbiət ərazilərinin sahəsi 478 min hektardan 890 min hektara qədər artırılıb.

Sərginin pavilyonları ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, İsrailin ətraf mühitin sağlamlaşdırılması sahəsində 36 illik təcrübəyə malik ODİS şirkətinin Azərbaycandakı müvafiq qurumu ölkəmizə ən müasir sutəmizləyici qurğuların gətirilməsi, quraşdırılması və servisi ilə məşğuldur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə