Modern.az

Bakıda bütöv yanan hündürmərtəbəli bina söndürüldü - YENİLƏNİB - VİDEO

Bakıda bütöv yanan hündürmərtəbəli bina söndürüldü - YENİLƏNİB - VİDEO

Təhsil

10 Aprel 2015, 20:29

Modern.az saytı xəbər verir ki, "Nargilə" kafesinin yaxınlığında yerləşən binalardan birində güclü yanğın baş verib.

Bakının Nobel prospektində yerləşən həmin binanı tamamilə alov alıb. Hazırda yanğın davam edir və ətrafa zəhərli tüstü yayılır. Yanğınsöndürmə briqadaları binanın söndürülməsinə cəlb olunublar. 

Yanğının əhatə dairəsi həddindən artıq geniş olduğundan və güclü külək əsdiyindən yanğını söndürmək çətinlik törədir.

***
Musavat.com-un məlumatına görə, Xətai rayonu, Nobel prospektində "Nargilə" kafesinin yanxınlığında yerləşən həmin yaşayış binasının sakinləri artıq təxliyə olunublar.

Yaxınlıqdakı binaların sakinləri də təşviş içindədirlər. Yanğının baş verdiyi əraziyə polis qüvvələri nəzarət edirlər. 

Yanğının baş verməsinin mümkün səbəbi kimi, ilkin ehtimal olaraq, reklam lövhələri göstərilir. 

Hava küləkli olduğundan yanğın şiddəti daha da güclənməkdə davam edir.

***

Yanğın söndürülüb...


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə