Modern.az

Zərifə Əliyeva həsr olunmuş silsilə tədbirlər keçiriləcək

Zərifə Əliyeva həsr olunmuş silsilə tədbirlər keçiriləcək

Təhsil

11 Aprel 2015, 06:23


Aprel Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik Zərifə Əziz qızı Əliyevanın xatirə ayıdır. O, apreldə dünyaya göz açmaqla bərabər, həm də dünyaya da bu ayda gözlərini yumub. Akademik Zərifə Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verib və elmi-pedaqoji və ictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsində və oftalmologiya elminin inkişafında müstəsna xidmətlərə malik olub. Nəcib insan Zərifə Əliyeva həmçinin həyata keçirdiyi xeyirxah və humanist işləri ilə də yaddaşlarda silinməz xatirələrlə qalıb.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı aprel ayının 22-də görkəmli oftalmoloq alim Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş ilsilə tədbirləri keçirməyi nəzərdə tutub.

Belə ki, həmin gün YAP Nəsimi rayon təşkilatı fəallarının iştirakı ilə Qanvermə aksiyası keçiriləcək. Tədbir saat 11.00-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B. Ə. Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunda (Mirəli Qaşqay küç. 87 ünvanında) keçiriləcək Aksiyada 200 nəfərdən çox könüllünün iştirakı nəzərdə tutulub.

YAP Nəsimi rayon təşkilatı Qadınlar Şurası üzvlərinin iştirakı ilə Nəsimi rayon ərazisində yaşayan görmə qabiliyyətini itirmiş qadınların tibbi müayinədən keçirilməsi və onlarla görüş də planlaşdırılıb. Tədbir 5 saylı Şəhər Poliklinikasında başlamaqla (Bakıxanov küç. 42 ünvanında), Nəsimi rayon ərazisində yerləşən keçiriləcək.

Nəsimi rayon ərazisində yaşayan görmə qabiliyyətini itirmiş qadınlar üçün nahar süfrəsi də təşkil olunacaq. Həmçinin onlara ərzaq yardımı ediləcək.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə