Modern.az

Avropa Azərbaycan Məktəbində elm və texnologiya həftəsi - FOTOLAR

Avropa Azərbaycan Məktəbində elm və texnologiya həftəsi - FOTOLAR

Təhsil

11 Aprel 2015, 10:52
 Dörd  il bundan əvvəl yaradılmış Avropa Azərbaycan Məktəbində dərslərin daha maraqlı keçməsi üçün  dünya pedaqoji irsinə əsaslanan təlimin üsul və texnologiyaları diqqət mərkəzindədir. Dərslərin elmi dəyərlərini yüksəltmək üçün keçirilən bütün tədbirlərdə şagirdlərin fəallığı gündən-günə yüksəlir. Tədbirlərin çoxunun təşəbbüskarı şagirdlərin özüdür. 

Məktəbdə keçiriln budəfəki tədbirdə  həftənin əvvəlindən  başlanan  kimya, fizika, biologiya dərslərinə yekun vurulub. Məktəbin  dəqiq elmlər kafedrası tərəfindən müəyyənləşdirilən mövzular  ətrafında   elm və texnologiya məsələləri  ilə ilgili fikir mübadiləsi təcrübi tapşırıqlara əsaslanan materiallarla möhkəmləndirilub.   
Elm və texnologiya  həftəsinin yekun məşğəsində  fənn  müəllimləri maraqlı mülahizələrlə çıxış ediblər.
Biologiya müəllimi Fəridə  Cəfərova şagirdləri dərman bitkiləri haqqında  bilgilər verən  stendlərin materialları ilə tanış edəndən sonra  "Dərman bitkiləri və xalq təbabəti" mövzusunda  söhbətini çay süfrəsi  ətrafında  davam etdirib. 
Müəllimə Gülnar Vəliyeva fiziki hadisələr, kimyəvi  reaksiyalar, atmosfer təzyiqi haqqında söz açıb. Məktəbin təcrübəli kimya müəllimi İmran Rəhimov, onun gənc həmkarları Qadir Mikayılov və Ayaz Talıbov əyləncəli kimyəvi hadisələrlə tədbirə rəng qatıblar.
Elm və texnologiyar həftəsinin hazırlamasının ideya müəllifi Avropa Azərbaycan Məktəbinin direktoru Graeme Pollockdur.









Nazim Nəsrəddinov
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə