Bir müddət öncə Azərbaycanda səfərdə olan Türkiyənin 18 media nümayəndəsi ölkəmizlə bağlı təəssüratlarını Modern.az saytı ilə bölüşüblər. Qrupun rəhbəri Türkiyə Qəzetçillər Federasiyasının sədr müavini Yılmaz Karaca bildirib ki, çox böyük təəssüratla Türkiyəyə dönüblər və artıq onların geri qayıtmasından bir həftə keçməsinə baxmayaraq, hələ də Azərbaycanı unuda bilmirlər: “Mən onu da deyim ki, heyət içərisində Azərbaycana birinci dəfə gələn jurnalistlər var idi. Doğrudan da onların Azərbaycanla, onun inkişafı ilə bağlı fikirləri tamam dəyişdi. Biz hər zaman mediada izləyirdik və indi öz gözlərimizlə Bakının necə inkişaf etdiyinin şahidi olduq. Hesab edirik ki, Azərbaycan çox yaxın illərdə dünyanın ən inkişaf etmiş ölkələrini bu sürətlə getsə keçəcək.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı keçirilən görüşlərdə hər kəsi tam məlumatlandırdıq. Bu da bizim üçün çox böyük məsələ oldu. Hesab edirəm ki, bundan sonra Türkiyə mediasının Azərbaycanla, xüsusilə Qarabağla bağlı verdiyi yanlışlıqlara yol verilməyəcək. Mən son olaraq demək istəyirəm ki, Türkiyə jurnalistlərinin Azərbaycanla bağlı çox böyük təəssüratları var. Onu da qeyd edim ki, bəlkə də 1-2 ay bu təəssüratlar mətbuatda dərc olunacaq, televiziyalarda nümayiş etdiriləcək. Çünki çox böyük təəssüratlarımız var”.Aprelin 2-dən 5-ə qədər Türkiyə mətbuat nümayəndələri Azərbaycanda olublar. Artıq qərara alınıb ki, bir müddət sonra Türkiyənin NTV, CNN, “Habertürk” və “Hürriyet”in də nümayəndələri Azərbaycanda olacaqlar.
Ulduz İBRAHİMOVA