Modern.az

Nazirlik adından saxta sənəd satan tutuldu

Nazirlik adından saxta sənəd satan tutuldu

Təhsil

11 Aprel 2015, 13:36

Bakıda Təhsil Nazirliyi adından saxta sənəd satılması faktının üstü açılıb.

Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Mirzə Mirzəyev həmyerlisi Elvin Həsənlinin adına olan Gürcüstan Politexnik Humanitar Tibb İnstitutunun diplomunun tanınması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi adından saxta şəhadətnamələri 4000 manata satarkən tutulub.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə