Hədəf Nəşrlərinin dəvəti, Kitabevim.az mağazalar şəbəkəsinin təşkilatçılığı ilə Türkiyənin məşhur yazarı Kahraman Tazeoğlu Bakıya gəlib
Modern.az xəbər verir ki, aprelin 11-də saat 16:00-da “Kitabevim.az” mağazalar şəbəkəsində şairin “XAN” nəşriyyatı tərəfindən Azərbaycan dilinə çevrilmiş "Bukre" romanı və "Səni içimdən tərk edirəm" şeir kitablarının imza günü keçiriləcək.12 apreldə müəllif 16:00-da Kitabevim.az mağazalar şəbəkəsində “Şeir gecəsi”nə qatılacaqdır.
Tədbirdə oxucular Kahraman Tazeoğlunun şeirlərini şairin öz dilindən eşidə biləcəklər.
Elmin NURİ