Modern.az

“Oğlunu polisə təhvil verən azərbaycanlı general məmurlara nümunə göstərdi” - DEPUTAT

“Oğlunu polisə təhvil verən azərbaycanlı general məmurlara nümunə göstərdi” - DEPUTAT

Təhsil

11 Aprel 2015, 19:09


Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunda Nəriman Nərimanovun heykəli yaxınlığındakı restoranlardan birində DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin  iştirakı ilə dava düşüb.

Hadisədən xəbər tutan general, oğlunun hərəkətinə  qəzəblənərək onu öncə özü möhkəm tənbeh edərək, sonra polisə təhvil verib.

Generalın  öz oğlunun hərəkətlərinə qarşı bu cür addım atması barədə  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə  Modern.az-a açıqlamasında deyib:

“Baş verən hadisə mətbuatda geniş müzakirə olunur. Təbii ki, Tamerlan Əsədullayevin həbs olunmasını atası Şərif Əsədullayev xahiş edib. Dərhal polis orqanları ilə əlaqə saxlayıb. Atanın öz doğma övladının törətdiyi hadisəni gizlətməmək onun qanunun aliliyinə hörmətini göstərir. Bu fakt azərbaycanlı məmurdan digər məmurlara bir nümunədir”.

Deputatın sözlərinə görə, Şərif Əsədullayev 30 ildən artıqdır ki, polis orqanlarında fəaliyyət göstərir.

“Şərif Əsədullayevin özü də 30 il ərzində günahkarların istintaqa cəlb edilməsi sayəsində xeyli işlər görüb. Bu cür addımın  atılması digər məmurlara da nümunə olmalıdır. Hər bir məmur övladının törətdiyi hadisələri gizlətməyə çalışmamalı, əksinə, öz əlləri ilə məsuliyyətə cəlb etməlidirlər”.

Qeyd edək ki, Yasamal rayon məhkəməsinin müvafiq qərarı ilə Tamerlan Əsədullayev barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə