Modern.az

Hillari Klinton ABŞ tarixində ilk qadın prezident ola bilər

Hillari Klinton ABŞ tarixində ilk qadın prezident ola bilər

Təhsil

11 Aprel 2015, 21:29


ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun aprelin 12-də növbəti prezident seçkilərində namizədliyini irəli sürəcəyi gözlənilir.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hillari Klintonun mənsub olduğu Demokrat Partiyası bəyan edib. Xanım siyasətçi namizədliyini aprelin 12-də sosial media vasitəsi ilə elan etməlidir. Bununla bağlı video-müraciət də hazırlanır.

Gələn həftədən etibarən keçmiş dövlət katibinin ştatlarda tanışlıq kampaniyalarına başlayacağı gözlənilir.

Hillari Klinton seçkilərdə qələbə qazanacağı təqdirdə, ABŞ tarixində ilk qadın dövlət başçısı olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə