Erməni müxalifəti etiraz aksiyaları və mtiniqlərin yeni seriyasına start verib. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Ümummilli Konqresi İrəvanda mitinq keçirib.
Mittinq–yürüşdə 5 min müxalifət tərəfdarı iştirak edib. Konqresə daxil olan digər partiyaların liderlərindən Stepan Dəmirçyan, Aram Manukyan, Lyudmila Sərkisyan, Davit Şahnazaryan da aksiyada iştirak ediblər. Paytaxtın mərkəzi küçələrindən keçən müxalifətçilər “Levon prezident” şüarları səsləndiriblər.
Konqresin idarə heyətinin sədri Aram Manukyan çıxışında qeyd edib ki, onlar nəinki Azadlıq meydanını, eləcə də bütün ölkəni Sərkisyan rejimindən azad edəcəklər.
“Artıq 3 ildir ki, Erməni Ümummilli Konqresi terrora, insan haqlarının və azadlıqların tapdanmasına müqavimət göstərir və bundan sonra da göstərəcək. Biz arzuladığımız günə çatırıq. Biz yeni aksiyalara, konret addımlarla zəngin olan aksiyalıran yeni mərhələsinə başlayırıq. Konqres komandasından heç kim geri çəkilməyib. Biz mübarizəni davam etdirməyə hazırıq”,-deyə Manukyan bildirib.
Erməni müxalifəti yaxın vaxtlarda fəal etiraz aksiyalarına başlamaq niyyətindədir. Müxalifətin oktyabrın 3-də növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbi ilə etiraz aksiyası nəzərdə tutulub. Oktyabrın 15-də Levon Ter-Petrosyanın çıxış edəcəyi mitiq gözlənilir. Çıxışında Petrosyan korrupsiyadan danışacaq. Oktyabrın 19-20-də Avropa Birliyinin “Demokratiya naminə” forumu zamanı Konqres mitinqlər və etiraz aksiyaları keçirməyə hazırlaşır.